3 azyaşlı uşağını və arvadı öldürüb, intihar etdi

3 azyaşlı uşağını və arvadı öldürüb, intihar etdi

3 azyaşlı uşağını və arvadı öldürüb, intihar etdi
3 azyaşlı uşağını və arvadı öldürüb, intihar etdi

Kişi həyat yoldaşı ilə arasında yaranan mübahisə ölümlə nəticələnib. Kişi arvadını və 3 uşağını güllələyərək öldürüb. Daha sonra isə həmin silahla intihar edib.

Hadisə İstanbulun Hacıəhmət məhəlləsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində baş verib. Bir müddətdir işsiz qalan Özgür Nayman(kişi) ilə həyat yoldaşı arasında mübahisə düşüb. Mübahisədən sonra silah səslərini eşidən qonşular vəziyyəti polisə xəbər veriblər. Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım göndərilib.

Evə daxil olan qruplar ana və üç övladının öldüyünü müəyyən edib. Həyat yoldaşı və 3 uşağını öldürən Özgür Naymanın ağır yaralandığı müəyyən edilib. Ağır yaralanan Özgür Nayman hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Amma həyatını xilas etmək mümkün olmayıb./BiG.AZ