Adların mənası - Ç

Adların mənası - Ç

Adların mənası - Ç
Adların mənası - Ç

Çələbi - 1.Əfəndi, mədəni, tərbiyəli, nəzakətli və kübar, təhsilli. 2.Şəhər tərbiyəsi almış oxuyub - yazan
kimsə. 3. Osmanlı dövlətinin ilk dövrlərində şahzadələrə verilən ad. Musa Çələbi, Süleyman Çələbi. -
Məvləvi təriqətinin başı bu adla xatırlanardı. Mövlana və ya Hacı Bəktaş nəslindən olan kimsə.
Çəmən - Yaşıl otlaq bir sahə, çəmənlik.
Çəmənzar - (Fars.) Otlaq. çəmənlik.
Çərkəz - Gözəl, incə.
Çiçək - (Tür.) 1. Bitkilərin artıma ünsürlərini ehtiva edən rəngli və ya ağ rəngdə açan, çox qoxulu, sonradan
meyvə və ya toxum halına gələn qisimləri . 2. Bitki, çiçək açan bitki. 3. Bəzi şeylərin toz halına gətirilmiş özü,
kükürd çiçəyi. 4. Parça və ya başqa şeylər üzərinə edilən rəngli və ya rəngsiz bəzəmə.
Çiltay - (Tür.) Üzərində xallar olan tay.
Çilə - (Fars.) l.Zövq və səfadan əl çəkərək gizli bir yerdə edilən 40 günlük ibadət. 2.Əziyyət, çətinlik. 3. Ibrişim,
yun və s. dəstəsi. - Kişi və qadın adı olaraq istifadə edilir.
Çimnaz - Naz, qəmzə.
Çinar (Çinarə) - (Fars.) Çınar ağacı. Ucaboylu, qəşəng.
Çinay - (Tür.) 1.Ətrafa həqiqətən işıq saçan kimsə. 2.Ayın üzərində meydana çıxan açıq rəngli ləkələr.
Çiney - (Tür.) Doğru, dürüst, namuslu kimsə. - Kişi və qadın adı olaraq istifadə edilir.
Çingiz - 1.Dəniz, qüdrətli. 2.Böyük, güclü, qüvvətli.
Çintay - (Tür.) Soylu at.
Çiray - (Fars.) 1.Üz xəttləri, üz gözəlliyi. 2.Bəniz, üz. 3.İnsan rəsmi. - Kişi və qadın adı olaraq istifadə edilir.