Adların mənası - H

Adların mənası - H

Adların mənası - H
Adların mənası - H

Habil - 1.Kədər, qəm. 2. Hz. Adəmin oğullarından, Qabilin qardaşı. Qabil tərəfındən öldürülmüşdür.
Yeryüzünde ilk öldürülen kişidir.
Hacı - Məkkəni ziyarət etmiş adama verilən ad.
Hadi - (Ər.) 1.Yenilənə kömək edən, kömək. 2.Hidayət edən, doğru yolu göstərən, bələdçi, rəhbər, lider,
başçı. 3.Qabaqda gedən kimsə. 4.Nizə ucu.
Hadisə - (Ər.) Əhvalat, macəra, vaqiə.
Hafidə - (Ər.) Qız nəvə.
Hafiq - (Ər.) Oğlan nəvə.
Hafiz (Hafizə) - (Ər.) 1.Saxlayan, qoruyan. 3.Qayğıkeş. 2.Quranı əzbər bilən adam.
Haifə - Yaraşıqlı, gözəl bədənə malik olan.
Hakim (Hakimə ) - (Ər.) 1.Məhkəmə sədri. 2.Yarışı idarə edən. 3.Hökm edən, hökm verən. 2.Başda olan,
üstün gələn. 4.Qubernator, vali.
Haqverdi - Inam, haqq.
Hamil - (Ər.) 1.Yüklü, hamilə. 2.Sahib, malik. 3.Daşıyan. 4. Güdən.
Hamiyə - (Ər.) 1.Himayə edən, qoruyan, meşəbəyi.
Hani - 1.Xoşbəxt, razı, heyran olmuş. 2. Arvadını boşamış ər və ya ərindən boşanmış qadın.
Haniyə - Razı, xoşbəxt.
Harun - (Ər.) 1. Baş kahinin adı 2. İnadkar, tərs, özbaşına 3. Peyğəmbər adı. 4.Quran-ı Kərimdə bəhs edilən
peyğəmbərlərdəndir. Musa Peyğəmbərin böyük qardaşı. Fironun oğlan uşaqların öldürülməsi əmrini
qaldırdıqdan sonra doğulmuşdur. Hz. Musadan 3 il sonra doğulduğu deyilir.
Hasim - Sındıran, sınan.
Heybət - (Ər.) 1.Qorxu, dəhşət. 2.Hörmət, izzət. 3.Ləyaqət, etibar, nüfuz. 4.İnsanlarda qorxu ilə birlikdə
hörmət oyandıran görünüş.
Heyran - (Ər.) 1.Çaşmış, çaşıb qalmış, çaşqınlığa düşmüş. 2.Çox tutqun. 3.Həddindən artıq dərəcədə sevgi
duyan.
Heyrat - Təəcüblü, qeyri-adi.
Heyrət - (Ər.) Çaşmış, çaşıb qalmış, nə edəcəyini bilməmə.
Heydər - (Ər.) Aslan, şir.
Həbib (Həbibə) - Sevimli, sevilmiş, sevgili, dost, əziz,
Həbibulla - (Ər.) Allah tərəfindən sevilmiş.
Həcər - 1.Igid, mərd qadın. 2.Qırmızı və narıncı rəngli qiymətli daş, əqiq. 3.İbrahim Peyğəmbərin həyat
yoldaşının adı.
Hədiyyə - Sovqat, hədiyyə.
Hədmiyyə - O, şəxs ki, səylə dua edir.
Həkim - (Tür.) 1.Mütəfəkkir, filosof. 2. Hikmət və fəlsəfə mutəxəssisi. 3.Bütün elmləri bilən, müdrik adam.
4.Təbib, doktor, müalicə edən, loğman.
Həqiqət - (Ər.) Doğru,gerçək, həqiqətən olmuş iş, hadisə.
Həlim (Həlimə) - (Ər.) 1.Ürəyi yumşaq, xeyirxah, mehriban, zərif, mülayım, səbirli. 2.Qisa. 3.Peyğəmbərin
dayəsinin adı.
Həmid - 1.Bəyənilmiş seçilmiş. 2. Allahı sevən, Allahı tərifləyən, şükredici.
Həmidə - Tərifə layiq.
Həmidulla - Allahın təriflərinə layiq.
Həmzə - 1. İti, yandırıcı. 2.Şir, aslan.
Hənif (Hənifə) - (Ər.) l.Tək Allaha, Allahın birliyinə inanan, əsl dindar, qəlbdən inanan, həqiqətən inanan.
2.Doğru, dürüst, səmimi. 3.İslam inancına möhkəm və səmimi olaraq bağlanan. 4.Hz. Məhəmməd (səs) -in
təbliğindən əvvəl Məkkədə tək Allaha iman gətirənlər.
Həniyə - 1.Xeyir-dua. 2.Xoşbəxt. 3.Şərab. * Kişisi öldükdən sonra evlənməyib, uşağına baxan qadın.
Hərgül - (Tür.) Gül kimi gözəl qadın.
Hərşən - Bax. Hərgül.
Həsən - Yaxşı, mehriban, gözəl, gözəllik, yaxşı davranma, yaxşılıq.
Həsgül - (Ər.) Qiymətli, bənzərsiz gül.
Həsrət - (Ər.) Ələ gəlməyən və ya əldən çıxan şeyi istəmə.
Həşim - 1.Comərdlik, ürəyiaçıqlıq. 2.Əzən, qıran, parçalayan. 3.Məhəmməd peyğəmbərin babasının adı.
Hətəm - (Ər.) 1. Möhür, üstü möhürlü üzük. 2.Ən son. 3.Xatəmul-Ənbiya: Peyğəmbərlərin sonuncusu, Hz.
Məhəmməd. 5.Çox comərd olan.
Hətif (Hətifə) - (Ər.) 1.Qüvvətli, sərt və zil bir səslə təbliğ və ya dəvət edən kimsə. 2.Göz qamaşdıran.
3.Gözə görünməyən.
Hətim (Hətimə) - (Ər.) 1.Sona çatdıran, bitirən. 2.Möhürləyən, möhürləyici.
Həvva -1.Allahın Adəmdən sonra yaratdığı birinci qadın. 2.Həyat, canlı (Yəhudi adından)
Həyat - 1.Varlıq, dirilik. 2.Ömür. 3.Yaşayış. 4.Həyat.
Həzi - Ağa, cənab.
Hicran - Ayrılıq, qoyubgetmə.
Hicrə - Peyğəmbərin Məkkədən Mədinəyə səyahəti.
Hidayə - Yönəldən, İstiqamətləndirən.
Hidayəddin - (Ər.) Dinin göstərdiyi doğru yol.
Hidayət - Rəhbər, yol göstərən, lider, Haqq yoluna doğru yola girmə.
Hifzi (Hifziyyə) - (Ər.) 1.Saxlama, qoruma ilə əlaqədar. 2.Əzbərləmə, yaddasaxlama.
Hikmət - 1.Elmli, bilikli. 2.Həkimlik, filosofluq, fəlsəfə. 3.Gizli sirr. 4.Həkimanə söz. 5.Qəribə şey, əcaib.
Hikməddin - (Ər.) Dinin hikməti.
Hilal - 1.Bir-iki gecəlik ay, aypara. 2.Gözəlin ay şəklində olan qaşları, qaşları aypara kimi olan.
Himayət - (Ər.) Qoruma, qorunma.
Hisar - (Ər.) 1.Mühasirə, ətrafını qucaqlama. 2.Qala ətrafı islehkamlı bənd. - Kişi və qadın adı olaraq istifadə
edilir.
Hizbulla - (Ər.) Allaha iman gətirənlər birliyi.
Hökümə - Mühakimə, hakimiyyət.
Huri - (Ər.) 1.Cənnət qızı. 2.Sevgili. - Daha çox ləqəb olaraq istifadə edilir.
Hurisər - (Ər. Fars.) Cənnət qızlarının başı, huri başı.
Huriyə - (Ər.) Coşğunluq hallarında hurilərlə buluşduqlarına inanan bir təriqət.
Huriyyə - Azad.
Huşyar - Ağıllı.
Hülya - Qiymətli şey.
Hüma - Quş, sakit yerdə yaşayan quş. 2.Sevinc verən.
Hümay - Xoşbəxtlik gətirən.
Hümeyrə - (Ər.) 1.Ağ bədənli qadın. 2.Hz. Aişənin ləqəbi.
Hüray - (Ər.Tür.Fars) Ay kimi azad, ay qədər müstəqil. - Kişi və qadın adı olaraq istifadə edilir.
Hürcan - Bax. Hüray.
Hüreyrə - (Ər.) Pişik balası. - Əbu Hüreyrə: Əshabi-Kiramdan ən çox hədis rəvayət edən səhabə. Pişik
balalarını çox sevdiyi üçün bu adı aldığı deyilir.
Hürmüz - (Fars.) 1.Zərdüşt xeyir tanrısı. 2.Köhnə İran təqvimində günəş ilinin ilk günü. 3.Yupiter, Müştəri,
Ərəndiz. 4.Sasani sülaləsindən. 5.Padşahın adı.
Hürrəm - (Fars.) 1.Şən, sevincli, gülərüzlü, könülaçan, təzə, xoş. 2 Bir yazı sitili. 3.Hürrəm Sultan: Qanuni
Sultan Süleymanın gözəl arvadlarından. Osmanlı siyasətində təsirli rol oynayan xanımlardan.
Hüsaməddin - (Ər.) 1.Dinin iti qılıncı. İnamın qılıncı. 2.Mövlananın xəlifəsi olan Hüsaməddin Çələbi,
Mövlananın Məsnəvidə diktə etdirdiyi adamdır.
Hürgül - (Tür.) Gül kimi azad gözəl.
Hürqan - (Tür.) Azad soydan gələn.
Hüseyn - Gozəllik,ucaliq,muqəddəslik, mehribanlılıq.
Hüsni (Hüsniyyə) - (Ər.) Gözəl, gözəllik, gözəlliyə aid, gözəlliklə əlaqədar.
Hüsnü - (Ər.) Çox gözəl.
Hüsnügül - (Ər.Tür.Fars) Gülün gözəlliyi.
Hüvarə - (Ər.) Bərbəri qəbiləsinin ən əhəmiyyətlilərindən birinin adı.
Hüveydə - (Fars) Açıq, açıq-aşkar, müəyyən, aydın, zahir.