Adların mənası - L

Adların mənası - L

Adların mənası - L
Adların mənası - L

Laçın - (Tür.) 1.Bir cins şahin. 2.Dik və möhkəm. 3.Uzaq görən, itigözlü, cəngavər. 4.Şiddətli. - Adam və
qadın adı olaraq istifadə edilir.
Lalə - Gözel, qəşəng gül.
Laləfam - (Fars.) Lalə rəngində.
Laləgül - (Fars.) Türk musiqisini bir məqam.
Laləgün - (Fars.) Lalə rəngində.
Laləruh - (Fars.) 1.Lale yanaqlı, yanağı lalə kimi qırmızı olan. 2.Türk musiqisində mürəkkəb bir məqam.
Lami (Lamiyə) - Parıldayan, parlaq, parıltılı.
Lamih ( Lamihə) - (Ər.) 1.Hz. Nuhun qardaşı. 2.Parlayan, parıldayan, parlaq.
Laminur - (Ər.) - Nur saçaraq parlayan. - Kişi və qadın adı olaraq istifadə edilir.
Lamis - Əl ilə tutub yoxlayan. Toxunan. Təmas edən.
Lamiyə - Incə və zərif ulduz.
Lana - Zərif, mehriban.
Lanə - (Fars.) Yuva, ev.
Lanəzir - (Ər.) Bənzərsiz. -Kişi və qadın adı olaraq istifadə edilir.
Lasif - (Ər.) Parlayan, parlayıcı.
Layiq - (Ər.) Yaraşan, yaraşıqlı.
Lazım - (Ər.) Gərəkli şey. Gərəkcə.
Leyla - Gecə, gecə anadan olmuş, sevgilim, qarasaçlı.
Leyli - Gecə.
Leysan - 1.Bahar yağışı. 2.Suriya təqvimi ilə aprel ayı.
Ləal - (Ər.) İncilər.
Ləbabə - (Ər.) Ağıl sahibi olma.
Ləbabət - (Ər.) Ağıllılıq, ziyrəklik. - Kişi və qadın adı olaraq istifadə edilir.
Ləbib (ləbibə) - (Ər.) Ağıllı, zəkalı, həssas, ehtiyatlı. hissiyyatlı, incə.
Ləma - (Ər.) Pırıltı. -Kişi və qadın adı olaraq istifadə edilir.
Ləman - (Ər.) Parlama, parıltı, qaranliqda işıq.
Ləmariz - (Fars.) Parlayan, parıldayan. - Kişi və qadın adı olaraq istifadə edilir.
Lərzan - (Fars.) Titrək, titrəyən.
Lərzə - (Fars.) Titrətmə.
Lərzəndə - (Fars.) Titrəyən, titrək.
Lətafət - (Ər.) 1.Lətiflik, xoşluq, Incəlik, xeyirxahlıq. 2.Gözəllik. 3.Nəzakət. 4.Yumşaqlıq.
Lətif - (Ər.) 1.Allahın adlarındandır. 2.Yumşaq, xoş, gözəl, nəzakətli. 3.Bütün incəliklərə vaqif. 4.Incə, zərif
Lətifə - (Ər.) Güldürəcək, qəribə və gözəl söz, hekayə, zarafat.
Lətimə - (Ər.) Müşk, gözəl qoxu.
Ləftiyə - Zərif, incə, cazibəli.
Ləvami - (Ər.) Parlamalar, nurlar.
Ləvniz - (Ər.) 1.Rəng, boya, üz. 2.Cür, növ.
Ləvzi - (Ər.) 1. Badam formasında olan. 2.Badamla əlaqədar. - Kişi və qadın adı olaraq istifadə edilir.
Ləyal - (Ər.) Gecələr.
Ləyaqət - (Ər.) Layıq olan.
Ləziyyə - (Ər.) 1.(bax Ləvzi). 2.Badam ərik, vişnə, gilas və ya buna bənzər meyvələr qrupu.
Limən - (Tür.) Bir ölkə xalqından olan kimsə, vətəndaş. - Kişi və qadın adı olaraq istifadə edilir.
Loğman - 1.Əfsanəvi həkim Loğmanın adından. 2.Həkim, igıd, qorxmaz. 3.Alim həkim, çox bilikli adam
Lulu - İnci, parlaq, ziyalı, qiymətli.
Lutfəli - Mərhəmət.
Lütfi ( Lütfiyyə) - (Ər.) Xoşluq, gözəllik, yaxşı davranış. xeyirxah, mehriban