Adların mənası - M
Adların mənası - M
Maarif - Məlum, məşhur, tanınmış.
Mahfuz - (Ər.) Qorunmuş, gozlədilmiş. Gizlənmiş, saxlanmış.
Mahinur - (Fars.) 1.Ayın nuru (işığı). 2.Ay üzlü gözəl.
Mahir (Mahirə) - (Ər.) Məharətli, hünərli, əlindən iş gələn, bacarıqlı. usta, məharətli, bacarıqlı,bilikli.
Mahizar - (Fars.) İnləyen ay.
Mahizər - (Fars.) Şan, qızıl rəngində ay.
Манур - (Ər.) Qalib.
Mahmud - (Ər.) 1.Həmd olunmuş, məşhur olmuş səna edilmiş, tərifə dəyər, tərifə layiq. Məqam-ı Mahmud:
Hz. Məhəmmədin ən böyük şəfaət məqamı, cənnət. 2. Əbrəhənin Kəbəni yıxmaq üçün gətirdiyi filin adı.
4. Mahmudiyə: - Mahmud dövründə nəşr olunan qızıl pul.
Mahmudə - (Ər.) Mingör otu.
Mahmur (Mahmurə) - (Ər.) 1.Sərxoşluğun verdiyi sərsəmlik. 2.Yuxu basmış, ağırlaşmış, huşsuz göz.
Mahparə - (Fars.) Ay parçası, çox gözəl qadın.
Mahpəri - (Fars.) Ay kimi, pəri kimi gözəl.
Mahru - (Fars.) Ay üzlü, üzü ay kimi olan gözəl.
Mahsun - (Ər.) Gücləndirilmiş, güclü.
Mahrux - Aypara, ay parcası.
Mahtər - (Fars.) Yeni ay, ayça, hilal.
Mahur - (Fars.) 1.Muğamlardan biri. 2.Türk musiqisinin rast pərdəsində qərar tutan bir mövqe. - Kişi və
qadın adı olaraq istifadə edilər.
Maidə - (Ər.) 1.Üzərində yemək olan süfrə. yemək, mərasim. 2.Quran-ı Kərimin 5-ci. surəsinin adı. 3.İsa və
həvarilərinə göydən enən süfrə (Maidə-i Məsih).
Mail (Mailə) - (Ər.) Meyli olan, meyil salan. 1.Bir yana əyilmiş, əyik. üfüqi və şaqulu arasında olan. 2.Həvəsli,
İstəyən, sevən istəkli, qabiliyyətli. tərəfli, içdən istəkli. 3.Xatırladir, bənzər. 4.Tutqun. düşkün.
Mais - Böhtançı, fitnıkar, aravuran.
Maisə - Məğrur, qürurlu.
Maqsud - (Ər.) 1.Yığılmış, toplanmış, əkini biçilmiş, biçilmiş əkin. 2.İstənilən şey, istək, məqsəd, niyyət,
murad. 2.Varılmaq istənilən yer.
Maqsum (Maqsumə) - (Ər.) Ayrılmış, bölünmüş. qismət. Ruzi-ı Maqsum; Allah tərəfindən təqdir olunmuş
ruzi.
Maqsur (Maqsurə) - (Ər.) 1.Kəsr olunmuş, qısaldılmış, sıxılmış. 2.Bir şeyə ayrılmış.
Malik - (Ər.) 1. Sahib, bir şeyə sahib olan, bir şeyi olan. mülk, mülkiyyət, sahibkar Malikii'l-Mülk, Allah.
2. Yeddi cəhənnəmin hakimi və qapıçısı olan mələk, cəhənnəmi qoruyan mələk. 3.Əzab mələklərini idarə
edən mələk. 4.İmam Malik - Maliki məzhəbinin qurucusu.
Malikə - (Ər.) (Bax Malik). 1.Mal sahibi olan qadın. 2.Pəri, su pərisi.
Manaf - (Ər.) İca, yuksək.
Maral - (Tür.) 1.Dişi geyik, ceylan, İribuynuzlu yabanı. 2.Gözəl, incə.
Marvan - (Ər.) Qəhvəyi rəng.
Masunə - (Ər.) Əhatə edilmiş, sarılmış, çevrilmiş.
Maşallah - Allahın istədiyi kimi. 2.Afərin, əhsən, Allahın istədiyi kimidir !
Maya - 1.Acıtma, maya. 2.Rüşeym. 3.Dövlət, sərvət, pul.
Mayil - Aşiq
Mayis - Ümidsiz.
Maysarə - Yüngüllük, rahatlıq, komfort.
Mehdi - (Ər.) 1.Özünə rəhbərlik edilən. 2.Allahin idarə etdiyi. 3.Doğru yola gəlmiş, Allah tərəfindən hidayət
verilmiş olan. - Doğru yolu tutan. 4.Şiələrə görə 12 imamın sonu.
Mehman - Qonaq, müsafir.
Mehparə - (Fars.) Ay parçası, çox gözəl.
Mehralı - Mehriban, şən(Yəhudi).
Mehriban - Sədaqətlı, xoşxasiyyət, vəfalı, gülərüzlü.
Məbhur (Məbhurə) - (Ər.) Tənəffüs edən, nəfəs alan, nəfəs darlığına tutulmuş olan.
Məbrur (Məbrurə) - (Ər.) Bəyənilmiş, xeyirli, faydalı.
Məbsud (Məbsudə) - (Ər.) 1.Açılmış, yayılmış. 2.Uzun uzadı izah edilən.
Məbşurə - (Ər.) Üzü ağ, dəbdəbəli gözəl qadın.
Məcid (Məcidə) - (Ər.) Çox ulu, uca, şan və şərəf sahibi, şanlı, qüdrətli, əzəmətli, tanınmış, məşhur, şərəfli.
- Allahın sifətlərindən.
Məciddin - (Ər.) Dinin ululuğu, böyüklüyü.
Məcnun - (Ər.) 1.Cin tutmuş, cinlənmiş. 2.Dəlicə sevən, sevinmiş, sevincli, razı, xoşhal, tutqun. eşqə
mübtəla olan, vurğun. 3.Minnət altında olan. 4.Dəli, divanə. - Leyli və Məcnun hekayəsinin kişi qəhrəmanı.
Mədinə - (Ər.) 1.Ərəbistanda bir şəhər. 2.Müqəddəs, səcdə olunan. 3.Şəhər, qəsəbə. Hz. Peyğəmbərin
qəbirinin olduğu şəhər. Hacıların Məkkədən sonra ziyarət etdikləri şəhər.
Mədəd - Imdad, yardım, kömək.
Məfkurə - (Ər.) İdeal. düzgün seçim.
Məfruz (Məfruzə) - (Ər.) Fərz olunmuş, hesab olunan.
Məftun (Məftunə) - (Ər.) 1.Fitnəyə düşmüş, sihirlənmiş. 2.Könül vermiş,vurğun, heyran olmuş, tutqun.
Məğfirət - (Ər.) Allahın qullarının günahlarını bağışlaması, örtməsi.
Məğrub (Məğrubə) - (Ər.) 1.İstənilən, sevilən. 2.Hər kəs tərəfindən sevilib axtarılan.
Məhbub (Məhbubə) - (Ər.) 1.Məhəbbət olunmuş, sevimli, əziz, çox yaxın sevilmiş, sevilən, sevimli.
2. Məhbubi-i Xuda, (Allahın sevgiyi) Hz. Məhəmməd (s.ə.s).
Məhəbbət - (Ər.) 1.Sevgi, sevme, eşq.. 2.Dostluq. dostca çıxış.
Məhəmməd - Agıllı, tərifə layiq.
Məhərrəm - ( Ər.) 1.Haram olunmuş, qadağan edilmiş. 2.Ərəb qəməri təqviminin birinci ayı. (Şıələrin matəm
ayı)
Məhfər - (Fars.) Ay aydınlığı, ay ışığı.
Məhliqə - (Fars.) Ay üzlü gözəl.
Məhru - (Fars.) Ay üzlü gözəl.
Məhsəti - Gözəl, böyük, dahi.
Məxfi - (Ər.) Gizli, sirli.
Məxfuzə - Qorunan.
Məkin (Məkinə) - (Ər.) 1.Yüksək rütbə sahibi. 2.Təmkinli. 2.Nüfuz və iqtidar sahibi. - Hz. Peyğəmbər (s.ə.s)
-in adlarından.
Məknun (Məknunə) - (Ər.) Örtülü, gizli.
Məknuz (Məknuzə) - (Ər.) Basdırılmış. Xəzinəyə qoyulmuş, saxlanmış.
Məqafur - (Ər.) Bağışlanmış.
Məqbul - (Ər.) Qəbul olunmuş, alınmış, alınan. Bəyənilən, xoş qarşılanan, keçərli.
Məqsumə - (Ər.) Günahsız, təhlükəsiz.
Məlahət - (Ər.) Gözəl, gözəllik, üz gözəlliyi., incə, cazibədar.
Mələk - (Ər.) 1.Allahın nurdan yaratdığı varlıqlar. Allahın əmrlərinə tam itaət edən varlıqlar. 2.Həlim, səlim
gözəl xasiyyətli kimsə. 3.Hakim, padşah, mülkədar.
Mələknaz - Mələk və naz sözlərindən birləşmiş uydurma ad.
Mələknur - Mələk və nur sözlərindən birləşmiş uydurma ad.
Mələkpər - (Ər. Fars.) Mələk qanadlı.
Mələkru - (Ər. Fars.) Mələk üzlü.
Mələksima - (Ər. Fars.) Mələk üzlü (simali).
Məlik - (Ər.) 1.Padşah, hakan, hökmdar. 2.Mal sahibi. Məlikşah. 3.Sultan Sencerin atası olan böyük Səlcuqlu
hökmdar. 4.Allahın adlarından.
Məlikə - (Ər.) Qadın hökmdar. Hökmdar arvadı.
Məlnuz (Məlnuzə) - (Ər.) Ola bilsin, gözlənilir.
Məltəm - (Tür.) Yazın nizamlı olaraq qurudan dənizə doğru əsən küləyi,xəfif külək.
Məmdud (Məmdudə) - (Ər.) Uzadılan.
Məmduh (Məmduhə) - (Ər.) Təriflənmiş, təriflənəcək.
Məmməd - Şanlı, şərəfli, tərif olunan.
Məmnun - (Ər.) Etibara layiq olan.
Məmnunə - (Ər.) (Bax Məmnun). Sevinmiş, sevincli.
Mənaf - (Ər.) 1.Dağın iti təpəsi. 2.Cahiliyyə dövründə ərəblərin bütü. - Ad olaraq istifadə edilməz.
Mənçur (Mənşurə) - (Ər.) Nəşr olunmuş, paylanmış, yayılmış.
Məngübay - (Tür.) Varlı kimsə.
Mənsur (Mənsurə) - (Ər.) 1. Kömək olunmuş, Allahın köməyi ilə qalib, üstün gəlmiş. 2.Uzaqlaşmış ,ayrı
düşmüş. 3.Unudulmuş. 4.Köhnəlmış. 5.Atılmış, tərk edilmiş. 6.Bir ney növü. 7.Türk musiqisində bir nizam.
Mənzur (Mənzurə) - (Ər.) 1.Baxılan, nəzər olunan, nəzər dəyilmış (olunmuş). 2.Gözdə olan, bəyənilən,
nəzərdə tutulmuş. vəd edilmiş. 3.Nəzər salınan. 4.Məqsəd, niyyət. 5.Fədakar.
Mərcan - Dənizdən çıxarılan tünd - qırmızı rəngli muncuqvarı qadın bəzəyi.
Mərdan - Kişilər, adamlar, insanlar, qəhrəmanlar, igidlər, səxavətlilər (cəm halında).
Mərifət - (Ər.) 1.Hər kəsin edə bilmədiyi ustalıq, hər şeydə görülməyən xüsusiyyət, ustalıqla hazırlanmış olan
şey. 2.Bilmə, biliş, bilik, maarif. 3.Xoşuna gəlməyən hərəkət.
Məruf (Mərufə) - (Ər.) 1.Hər kəs tərəfindən bilinən tanınmış, müəyyən, məşhur. 2.Şəriətin əmr etdiyi, uyğun
gördüyü.
Məryəm -1.Üstün, bakirə. 2. İsa peyğəmbərin anasının adı.
Mərziyə - Məmnun edən, xoşagələn.
Məsud - Xoşbəxt, bəxtəvər.
Məsum - (Ər.) 1.Günahsız,qəbahətsiz,günahsız,ismət sahibi. 2.Saf, təmiz..3.İmam-ı Rəbbaninin oğlu.
Məsumə - (Ər.) 1.İmamıyə məzhəbində günahsız sayılan əhli-beyt mənsubu. 2.Pak, təmiz, günahsız.
Məsun (Məsunə) - (Ər.) Qorunmuş, qorunan.
Mənsur (Mənsurə) - (Ər.) 1.Saçılmış, dağılmış. 2.Ölçüsüz, mənzum olmayan söz.
Mərcan - (Ər.) Mərcanlar sinifindən olub qayalıq yerlərdə koloniya meydana gətirərək yaşayan, skeleti
qırmızı rəngli dəniz heyvanı. - Kişi və qadın adı olaraq istifadə edilir.
Mərdan - (Fars.) Mərdlər, insanlar, kişilər, igidlər.
Məryəm - (İbr.) 1.Abid, ibadətə düşkün insan. 2.Hz. İsanın anası.
Məsnəvi - (Ər.) 1."Verən", - ikinci doğulmuş oğlan uşağına belə ad verirdilər. 2. Hər beyti ayrı qafiyəli bir
divan ədəbiyyatında nəzm biçimi.
Məsrur (Məsrur) - (Ər.) Sevincli, məmnun, sevinmiş məramına çatmış. - Kişi və qadın adı olaraq istifadə
edilir.
Məsud (Məsudə) - (Ər.) Səadətlə, bəxtli, bəxtiyar, müqəddəs.
Məşədi - Ziyarətgah, Məşhədi ziyarət edən..
Məşuq (Məşuqə) - (Ər.) Sevilen, sevilmiş.
Mətanət - Dayanıqlılıq, möhkəmlık, mətinlik, sabitlik.
Məthiyyə - (Ər.) Birini tərifləmək məqsədilə yazılmış əsər, qayda.
Mətin - Güclü, möhkəm, dözümlü.
Mətləb - Məlum olmayan, axtarışda olan.
Mətn - (Ər.) 1.Mətanətli, möhkəm, davamlı. 2.Özü, sözü doğru, etimad edilə. Hz. Peyğəmbər (s.ə.s) -in
adlarından.
Məvhibə - (Ər.) Vergi, ehsan, hədiyyə.
Məzahir - 1.Bir çeyin zahir olduğu yerlər və şəxslər. 2.Çatma nail olma.
Məzhər - (Ər.) 1.Bir şeyin göründüyü, ortaya çıxdığı yer, görünmək. 2.Nail olmaq, şərəflənmə.
Mikail - (Ər.) Dörd böyük mələkdən biri.
Mikayıl - Əsli "Mikael"dir. Yaxveyə (qədim yəhudi allahına) bərabər olan, tanrıya müqabil olan. Dini rəvayətə
görə dört mələkdən biri-canlıların ruzisini təmin edən mələyin adıdır. 2.Allaha bənzər, Allah kimi.
Mina - İncə naxış.
Minay - (Tür.) Min dənə ay, çox qüvvətli işıq.
Mingül - Min dənə gül.
Minira - Cavanlar.
Minnaz - (Tür.) 1.Nazlı. 2.Cilvəli. 3.Allaha yalvaran.
Minnur - (Tür.) 1.Nurla qaynamış. 2.Min dənə nur.
Minulla - (Tür. Ər.) Xallı insan.
Miralim - (Ər. Fars) Alim çar.
Miran - (Fars.) Bəylər.
Miray - (Fars.) Ayın ilk günləri.
Mirayaz - (Ər. Fars) Kömək edən.
Mircan - (Fars.) Canın içi.
Mirəli - (Ər. Fars) Böyük çar.
Miri - Başçı, rəhbər.
Mirnur - (Fars.) (Bax. Mircan).
Mirvari - Mirvari, bəzək daşı.
Mirzə - 1.Savadlı,oxumuş. 2.Yazı-pozu ilə məşğul olan,katib. 3.Şəxs adından sonra şahzadəlikz - əvvəl isə
rütbə.
Mirzəli - ( Bax Mİrzə - Bax Əli ).
Misir - Xoşbəxtlik, səadət.
Möhlət - Vaxt vermə.
Möhsün - Comərd, xeyirxah.
Mömin (Möminə) - (Ər.) İman etmiş, İslam dininə inanmış, müsəlman.
Мövlud - (Ər.) Doğulmuş.
Мövludə - (Ər.) Doğulmuş qız uşağı.
Mövsüm - Fəsil.
Mufid (Mufidə) - Faydalı, xeyirli.
Muhiddin - İnamı dirildən (canlandıran), inam verən.
Muxlis - (Ər.) Əsl dost.
Muxtar - (Ər.) 1.Ağsaqqal qəbul edilmiş, seçilmiş, seçmə. Hərəkətində sərbəst olan, istədiyi kimi davranan,
istədiyini edən. 2.Kənd və ya məhəllə işlərinə baxmaq üzrə xalqın seçdiyi şəxs. Hz. Peyğəmbər (s.ə.s) -in
adlarından.
Munir (Munirə) - (Ər.) Parıldayan, parlaq, işıqsaçan.
Munis (Munisə) - (Ər.) Dost. mehriban, istiqanlı. cana yaxın, sevimli. İnsandan qaçmayan. alışılmış.
əhliləşmiş, ünsiyyətli.
Murad - Dilək, istək, arzu, məram.
Murən - Təmiz, pak.
Musa - 1.Misir dilindəki "məsu" sözündəndir, uşaq, bala deməkdir. 2.Möcüzə göstərən. 3.Peyğəmbər adı.
Mustafa - (Ər.) Seçilmiş. 1.Təmizlənmiş,seçilmiş. 2.Hz. Peygəmbərin adlarından. 3.Sad Surəsi 47. Ayədə
geçir.
Mustafir - (Ər.) Gülümsəyən.
Muşirə - Məsləhət görən.
Mübarək - (Ər.) 1.Bərəkətli, feyzli, uğurlu, xeyirli, müqəddəs, xoşbəxt. 2.Bəyənilən, sevilən, qızları çaşdıran
kimsə. 3.Bir şey haqqında müqavilə.
Mübariz - 1.Mubarizə aparan. 2.Bir çeyə nail olmaq üçün cəhd edən.
Mücahiddin - (Ər.) Din döyüşçüsü, İslam əsgəri.
Mücəddət - (Ər.) Yeni, hələ istifadə edilməmiş.
Müxənnəd - Qılınc.
Müxlis - (Ər.) 1.Xalis, qatqısız. 2.Dostluğu, səmimiliyi və hər halı içdən könüldən gələn.
Mükafat - (Ər.) Ödül, mükafat, şərəfləndirmə,dəyərləndirici, sevindirici davranış.
Mükərrəm - (Ər.) Möhtərəm, mötəbər. əziz, cənab, hörmətli sayılan, şərəfli, hörmətə çatmış. - Kişi və qadın
adı olaraq istifadə edilir.
Mülayim - (Ər.) 1.Uyğun, müvafiq. 2.Yumşaq xasiyyətli, xoş davranışlı kimsə, çoxluğa olmayan.
Mümtaz - (Ər.) 1.İmtiyaz tanınmış, ayrı tutulmuş, üstün tutulmuş. 2.Seçmə.
Münəvvər - (Ər.) Nurlandırılmış, işıqlandırılmış, işıqlı. aydın. nur.
Münir (Münirə) - (Ər.) 1.Nurlandıran, işıq verən, parlaq, ziyalı.
Müntəsir - Qalib, basılmaz.
Mürid - Davamçı, tələbə.
Mürsəl - (Ər.) 1.Göndərilmiş, göndərilən, yollanılmış, elçi, peyğəmbər. şəriət sahibi. 2.Bir yazı stili. 3.Hz.
Peyğəmbərin adlarından.
Mürşid (Mürşidə) - (Ər.) 1.İrşad edən, doğru yolu göstərən rəhbər. 2.Müridlərə rəhbərlik rdən təriqət
başçısı. 3.Təriqət şeyxi. Qəflətdən oyandıran. 4. Mənəvi ata.
Mürüvvət - (Ər.) İnsaniyyət, mərdlik, igidlik. Comərdlik, iyilikseverlik.
Müseyyib - Diqqətsiz etinasız.
Müsəvvər - (Ər.) Ətrafına çəpər,(divar) çəkilmiş, qorunmuş.
Müslim - 1.Müsəlman. 2.Təslim olmuş, Allahın İradəsinə tabe olmuş.
Müşarif - (Ər.) Məşhur, tanınmış.
Müşərrəf - (Ər.) Əziz , hörmətli.
Müşfiq (Müşfiqə) - (Ər.) 1.Şəfqətli, mərhəmətli, ağrıyan, sevən. 2.Məşhur, istedadlı - Kişi və qadın adı
olaraq istifadə edilir.
Müştaq - (Ər.) Gözləyən, görəcəyi olan, can atan, çox arzulu, şövqlü, həsrət çəkən, darıxan, ürəkdən arzu
edərək istəyən.
Mütasim - Allaha iman edən.
Mütəllib - (Ər.) Tələb edən, istəyən.
Müvəddət - (Ər.) Sevgi, məhəbbət, dostluq.
Müvəffəq - Müvəffəqiyyət qazanan.
Müyəssər - (Ər.) Asan tapılıb əldə edilən, asan gələn, asanlıqla olan.
Müzəffər - 1.Zəfər çalan,qalibiyyətli. 2.Bir işdə müvəffəq olan. 3. Qalib.