Adların mənası - P

Adların mənası - P

Adların mənası - P
Adların mənası - P

Pakizə - (Fars.) Təmiz, pak, saf, xalis, ləkəsiz.
Parlanur - (Tür.) Nur kimii parla, parla nur.
Paşa - (Tür.) 1.Padşah. 2.General. 2.Osmanlı dövlətində yüksək rütbəli əsgərlərə verilən ad.
Peyman - (Fars.) Söz vermək, and, əhd, vəd, sözvermə.
Peymanə - (Fars.) Böyük qədəh, şərap badəsi.
Pəhləvan - (Fars.) 1.Güləşi. 2.Boy- buxunlu, cüssəli adam, güçlü kimsə, igid.
Pənah - Arxa, dayaq, havadar.
Pəri - (Fars.) Gözəl qadın şəklində mifik məxluq. 2.Gözəl, füsünkar, gözəl qadın və ya qız.
Pərizad - (Fars.) Anadan pəri kimi doğulan, gözəl.
Pərizə - (Fars.) 1.Qırmızı qızıl. 2.Odda bişirilən çörək.
Pərva - (Fars.) 1.Qorxu, çəkinməklik.
Pərvanə - Vəfali, sədaqətli.
Pərvər - (Fars.) Bəsləyən, bəsləyici, yetiştirən, yetiştirici, qoruyan, tərbiyə edən.
Pərvin - (Fars.) 1.Ülkər ulduzu. Yeddi (və ya altı) ulduzlardır ki; iki-iki qarşılıqlı dayanarlar və Ayın keçdiyi
yerlərə yaxın görünərlər. 2.Yeddi qardaş ulduzdan ən balacası.
Pərviz - (Fars.) 1.Üstün. 2.Ələk. Süzgəç. 3.Balıq. 4.Gğzəllik, cilvə. 5.İran hökümdarı Xosrovun ləqəbi.
6. Müzəffər, qələbə gətirən.
Pinar - Çeşmə, bulaq.
Piranə - (Fars.) Yaşlılara yaraşan şəkildə, olduqca tədbirli.
Pirayə - (Fars.) üzük, zinət.
Piruz - (Fars.) Kutlu, xeyirlı, uğurlu.
Piruzə - (Fars.) Ka. - Mavi rəngli və dəyərli bir üzük daşı.
Polad - (Ər.) Dəmir, polad. Güc, qüvvət.
Poladxan - (Tür.) Poladkimi qüvvətli xan.
Poladqan - (Tür.) Polad kimi güçlü soydan gələn.
Pünhan - (Fars.) Gizli.
Püstə - 1.Təpəcik,torpaq və ya qum yığını. 2.Subtropik ağac növü, ləpəsi yeyilən şəffaf qabıqlı meyvəsi
Püstəbadam - Püstə və badam sözlərindən ibarətdir