Adların mənası - T
Adların mənası - T
Tacavər - (Fars.) Padşah, hökmdar.
Tacəddin - (Ər.) Dinin tacı.
Taci - (Ər.) Tacla əlaqədar.
Tacik - (Fars.) İran və Türküstanda yaşayan İran əsilli, Farsca danışan xalqdan olan kimsə.
Tacim - (Ər.) Durğu, nöktələmə, nöktələtmə.
Tacir - Ticarətlə məşğul olan adam.
Tacisər - (Ər.) Baş tacı, ən çox sevilən, sayılan.
Tacnur - (Ər.) Işıqda nurdan tac.
Tağı - Dindar, mömin.
Tahir - (Ər.) 1.Təmiz, pak, günahsız. 2.Ciddi. 2.Türk musiqisinin sadə bir məqamı. 3.Hər cür günah və
ayıbdan arı olduğundan Rəsulullah (səs) -ə bu ad verilmişdir.
Tahirə - 1.Nurlu, inadlı. 2.Təmiz, saf.
Tahiyyə - (Ər.) 1."Allah ömür versin" deməkdir. Salam vermə, xeyir-dua etmək. 2.Mülk, malikiyyət.
Taif - (Ər.) Təvaf edən, dönən, gəzən.
Taifə - (Ər.) Bölük, qrup, dəstə, təriqət, qövm, qəbilə, tayfa.
Tale - 1.Bəxt,qismət. 2.Allah,tanrı. 3.Tülü edən,doğan, çıxan.
Taleh - 1.Yolagəlməz, islaholunmaz. 2.Təqsirkar, günahkar.3.Insan talei.
Talib (Talibə) - (Ər.) Axtaran, arzu edən. İstəyən,tələb rdən. 2.Müştəri, alıcı. 3.Bir qızla evlənmək
istəyən(oğlan). 4.Şagird, tələbə, mədrəsə tələbəsi, tələbə.5.Tövbə edən, günahlarına görə peşmanlıq duyub
Allahdan əfv diləyən, müsəlman.
Talik - (Ər.) 1.Gülərüzlü.2.Düz söz söyləyən.
Taliyə - (Ər.) 1.Sonradan gələn, bir şeyin arxası ilə gedən. İkinci dərəcədə olan. 2.Quran oxuyan.
Talu - (Tür.) 1.Seçmə, seçilmiş, gözəl. 2.İki kürək sümüyü arası. - Kişi və qadın adı olaraq istifadə edilir.
Tamam - 1.Tam, bütöv, hamı, hamısı. 2.Son, axır. 3.Gözəllik.
Tamara - Şahanə. 2.Gözəl qiz(Rus).
Tamaşa - (Ər.) 1.Baxıb seyr etmə. 2.Gəzmə, gəzinti. 2.Hazır mətn əsasında quraşdırılmış dram, faciə və ya
komediya.
Tamerlan - 1.Igid,cəsur. 2.Dəmirdən, möhkəm.
Tamilla - İsmətli, gözəl (Fransiz).
Tamilə - Üzüntülü, ehtiraslı əzabverən.
Tapdıq - Tapıntı, tapılmış.
Tarkan - (Tür.) 1.İslamdan əvvəl türklərin istifadə etdiyi ad, vəkil, vəzir, bəy kimi adlar. 2.Imtiyazlı, hörmətli
adam. 3.Dağınıq.
Tarxun - (Ər.) Həkimlikdə istifadə edilən ətırlı bir bitki. - Kişi və qadın adı olaraq istifadə edilir.
Tarik - (Ər.) Səhər ulduzu, zöhrə, venera, yol.
Tariyel - Igid, cəngavər.
Tayfun - (Tür.) Böyük okean və Çin dənizində görülən şiddətli fırtına.
Tayfur - (Ər.) 1.Kiçik bir quş növü. 2.Tayfuriye təriqətini quran Bəyazid Bəstami Əbu Zeyd Tayfurun adı.
Taymas - (Türk - Tatar) Düzgün yoldan sapmayan.
Telli - 1.Uzun saçlı. 2. Bəzənmiş, bəzəkli.
Telmiyə - (Ər.) 1.Parıldatma, rəng, rəngləmə. 2.Sətirləri başqa - başqa dillərdə olan şeir.
Telvin - (Ər.) Rəngvermə, boyama.
Temircan - (Tür.) Dəmir kimi möhkəm kimsə.
Temirxan - (Tür.) Dəmir kimi möhkəm güclü hökmdar. - Teymur xan.
Tengiz - (Tür.) Dəniz.
Terkan - (Tür.) Qoruyucu, gözətçi.
Terkeş - (Tür.) Oğuz yazılarında adı keçən bir qəhrəmanın adı.
Teymur - Qüdrətli, müzəffər, qüvvətli, möhkəm, dəmirdən.
Teymilla - Tanrının xidmətçisi.
Teyyub - Xoş, ürəyəyatan.
Tezay - Tez çıxan ay.
Tezcan - (Tür.) Təlaşlı, həyəcanlı, gözləməyə dözə bilməyən, səbrsiz. -Kişi və qadın adı olaraq istifadə edilir.
Tezqan - (Tür.) Qanı qaynayan, həyəcanlı kimsə.
Təbəri - (Ər.) Böyük İslam tarixçilərindən biri.
Təbəssüm - (Ər.) Gülümsəmə.
Təbrik - Təbrik, bərəkət.
Təbriz - Inam.
Təhiyyə - (Ər.) 1.Salam. Salamvermə. 2.Xeyr duaetmə. 3.Davamlılıq. 4.Mülk, mülikiyyət.
Təhmasib - Sağlam, güclü.
Təhminə - Güclü, qüvvətli, nəhəng.
Tələt - (Ər.) Görkəm, zahir, sifət, üz, çöhrə, üz gözəlliyi. - Kişi və qadın adı olaraq istifadə edilir.
Təmizcan - (Tür.) İçi təmiz olan kimsə.
Təmizxan - (Tür.) Yaxşı ixtisaslı lider.
Tənzil (Tənzilə) - (Ər.) Bir şeyin bir miqdarını çıxarmaq. * Endirmek, endirilmək, endirilən, aşağı endirmək. *
Quran-ı Kərimin vəhy vasitəsi ilə Peyğəmbərimizə (s.ə.s.) endirilməsi. Tədricən endirmə. (Birdən endirməyə
'Nazil', parça -parça endirməyə də 'Tənzil' deyilir.)
Təranə - Musiqi, melodiya.
Tərcan - (Tür.) 1.Gənc, təzə, cavan. 2.Qırmızı buğda. - Kişi və qadın adı olaraq istifadə edilir.
Tərxan - Hakim, basçı, hökmdar.
Tərif - Nadir, qeyri-adi.
Tərlan - (Tür.) Sarı rəngli, böyük pencəli, qartala bənzəyən bir quş.
Təsliyə - (Ər.) Təsəllivermə,qvutma.
Təşkilat - İctimai birlk, dövlət idarəsi.
Təşnə - (Fars.) Susamış, çox istəkli.
Təşnədil - (Fars.) Can və könüldən istəkli.
Təşrifə - (Ər.) Şərəfləndirmə, şərəflənmə.
Təvəkkül - 1.Öz işini Allahın öhdəsinə qoyma, Allaha tapşırma, hər şeyi Allaha buraxaraq, mühakiməyə
boyunəymə..2.Vəkalət, ixtiyar.3.Umma. 4.Güman, təvəkkül.
Tofiq - Uğur, xoşbəxtlik.
Toğrul - Qüdrətli, şahin.
Tokay - Zərbə endirəm, döyüşçü.
Tomris - (Yun.) 1.Tarixdə, Fars kralı II. Keyxosrov ilə döyüşmüş olan Massagetlərin məşhur kraliçası.
2. Dəmir. 3.Həyat verən.
Tovuz - İstənilən gözəl, arzuolunan gözəl.
Tuday - (Monqol.) Göy qovşağı.
Tuğan - Şahin.
Tunay - (Tür.) Gecə görünən ay.
Tuncay - 1.Ucaboy, hündür. 2. Bürünc ay.
Turab - Torpaq.
Tural - Yaşamaq, mövcud olmaq, əbədi, ölməz, qalib gələn.
Turan - 1.Gözəl, incə. 2.Vətən. 3.Türk torpağı.
Turay - Görünən ay.
Tutu - (Fars.) l.Tutuquşu növündən bir quş. 2.Danışmağı sevən, çox danışan. 3.Gözəl, zərif, incə, şirindil.
Tükəzban - Xanım, qadın.
Türfə - 1.Tapılmayan,nadir, misli-bərabəri olmayan. 2.Qəribə əcaib.
Türkan - Türk sözünün farsca cəmi, türklər deməkdir.
Türkay - Türk ayı.
Türkcan - (Tür.) Seviən Türk.
Türkel - Türk torpağı, türk xalqı.
Türkər - Türk igidi, türk əsgəri.
Türksən - (Tür.) Şən və xoşbəxt Türk mənasında.