Adların mənası - Ü

Adların mənası - Ü

Adların mənası - Ü
Adların mənası - Ü

Übey (Übeydə) - (Ər.) Tanrının xidmətçisi, kiçik kölə, köləcik. Səhabələrin istifadə isimlərdəndir. Ubeydə b.
əl-Cərrah.
Übeydulla - Allahın kiçik qulu.
Ulduz - Məşhur, görünən.
Ülfər - (Ər.) Böyük su, çay. -Kişi və qadın adı olaraq istifadə edilir.
Ülfət - (Ər.) 1.Alışma, qaynaşma, ünsiyyət. 2.Görüş, danışmaanlaşm Yaxınlıq. 3.Dostluq, sevgü, yoldaşlıq.
3.Həmrəylik, yekdillik. - Kişi və qadın adı olaraq istifadə edilir..
Ülkər - (Tür.) Buğa bürcündə yeddi ulduzdan biri, Bəxt ulduzu, Yeddi qardaş ulduzu - Kişi və qadın adı
olaraq istifadə edilir.
Ülvi (Ülviyə) - (Ər.) Yüksək, uca, mənəvi quruluşu ön plana çıxa bilən, saf, təmiz, ali, mənəviyyatlı, göylə
bağlı olan, səmavi, əzəmətli.
Ülviyyə - Yüksək, uca, ali; mənəviyyatlı, göylə bağlı olan; ilahi, səmavi.
Ümid - (Tür.) Ummaqdan doğan, güvən duyğusu, ümid. - Kişi və qadın adı olaraq istifadə edilir.
Ümidvar - Anadan doğulan uşaqların ölməməsi ümidlə qoyulan adlardandır.
Ümman - (Ər.) Ulu, böyük, əngin dəniz, okean; məc: geniş, əngin - Kişi və qadın adı olaraq istifadə edilir.
Ümmət - (Ər.) Bir peyğəmbərə inananların hamısı. İslam dininə bağlı olanların hamısına verilən ad.
Ümmülbanu - Banunun - xanımın anası.
Ümran - 1.Abadlıq, abad. 2.Tərəqqi, mədəniyyət. 3.Xoşbəxtlik, rifah, şenlik, şən həyat.
Ünlü - (Tür.) Tanınmış, adı eşidilmiş, şöhrətli, şanlı. - Kişi və qadın adı olaraq istifadə edilir.
Ünsi - (Ünsiyyə) (Ər.) 1.Alışmış, dost olmuş. 2.Yoldaş, dost.
Ünzilə - (Ər.) Göndərilmiş, endirilmiş, nazil olunmuş.
Üzeyir - Ərəbcə "üzr" sözünün kiçildilmiş biçimidir. Üzr istəmək, üzürlü hesab etmək, bağışlamaq. 2.Nadir,
qiymətli, əziz 3.Quran-ı Kərimdə adı keçən, peyğəmbər olub olmadığı mövzusunda ixtilaflı görüşlər olan
adam. Tövbə surəsi: 30. ayədə adı keçir.