Adların mənası - V

Adların mənası - V

Adların mənası - V
Adların mənası - V

Vabil (Vabilə) - (Ər) İri damlalı yağış.
Vacibə - (Ər.) Edilməsi lazım olan.
Vacid (Vacidə) - (Ər.) 1.Meydana gətirən, yaradıcı, çıxaran. 2.Varlı, zəngin.
Vadim - (Köhnə rus adı) İğtişaşçı, mübahisə edən, günahlandıran, böhtançı və höcət adam, sübut edən
Vafi (Vafiyə) - (Ər.) Yetər, tam. Sözündə duran, sözünün ağası.
Vafiq - (Ər.) 1.Elçi, nümayəndə, rəsul. 2.Müvəffəqiyyət qazanan, xoşbəxt olan.
Vafir - (Ər.) Çox, bol.
Vahad - (Ər.) Səhra ortasında suyu və yaşıllığı olan yerlər. Vahalar.
Vahid (Vahidə) - (Ər.) Bağışlayan, bağışlayandır.Bir, tək, Yeganə,tənha, yalqız. Allahın sıfətlərındəndır.
Vahiddin - (Ər.) Tək din, dinin təkliyi.
Vaid - (Ər.) Birini yaxşılığa sövq və pislikdən uzaqlaşdırmaq üçün qorxutma, qorxutma.
Vail - (Ər.) Sığınacaq, xilas. - Səhabə adlarındandır: Vail b. Hücr.
Vaiz (Vaizə) - (Ər.) Dini öyüd-nəsihətdə olan kimsə.
Vaqif - (Ər.) 1. Bir şeyi əldə edən, bir işdən xəbərli olan, bilikli, dərin məlumatlı, gözüaçıq, xəbərdar, agah.
2. Duran, ayaq üstə duran.
Valeh - 1.Alişan, yanan, valeh olma. 2.Heyrətə düşmüş, çaşıb qalmış. 3.Vürğün, ehtirasa düşmüş.
Valid - 1.Valideyn, ata. 2.Yeni anadan olan.
Validə - Ana.
Vamiq (Vamiqə) - (Ər.) 1.Sevən, sevgili, aşiq. 2.Vamıq ilə Azra əhvalatının kişi qəhrəmanı.
Varid (varidə) - (Ər.) 1.Gələn, vasil olan, çatan. 2 Bir şey haqqında çıxan, deyilən.
Varis - (Ər.) 1.Cənab-ı Haqqın 99 adından biri. Mal və mülkün, bütün dəyərlərin son və gerçək sahibi uca
Allah. 2.Varis sözü, müsəlmanlar nəzərdə tutularaq də istifadə edilmişdir. 3.Varis, özünə miras düşən.
Vasif (Vasifə) - (Ər.) 1.Vəsfedən, izah edən, tərifləyən, vəsfləndırən. Bir kimsə və ya şeyi başqalarından
ayıran özünə xas hal, (təbiəti, xüsusiyyəti). 2.Bir şeyin mahiyyəti, sifəti, təbiəti, xarakteri ilə bunların təsvir və
sayılması.
Vasil (Vasilə) - (Ər.) 1.Çatan, qovuşan, yetişən. Nədən, səbəb. 2.Əlverişli vəziyyət. 3.Qovuşma, yaxınlaşma,
ayrılmaz dostluq. 4. Rəsulullahın cənnətdəki mövqeyi. - Maidə surəsi 57-ci ayədə keçməkdədir
Vasim - Gözəl, qəşəng, nəfis, zərif.
Vazeh - Açıq, aydın, aşkar.
Venera - 1.Planet.
Veysəl - (Ər.) Əslı Üveysdir. Kurd mənasında. Veysel Qarani: Rəşid xəlifələr dövründə Şamdan Mədinəyə
gələrək yaşamış, Mədinə-i Münəvvərədə etibarlı bir həyat sürmüş. Hədis-i şəriflərdə təriflənmiş məşhur vəli.
Siffin döyüşündə şəhid olduğu deyilir.
Veysi - (Ər.) Yoxsul, möhtac. Veysi:- Türk şairi, yazıçı.
Vezimə - (Ər.) Beytullaha göndərilən hədiyyə, ərməğan.
Vəcid - (Ər.) 1. Bir şeyin gözəlliyi qarşısında özünü itirəcək dərəcəyə gəlmək, coşqulanmaq. 2.Allah
sevgisindən ötəri duyulan coşğunluq, sevinc.
Vəcdət - (Ər.) Zənginlik.
Vəch (Vəcihə) - (Ər.) 1.Üz, çöhrə. 2.Tərz, üslub. 3.Səbəb, vəsilə.
Vəcibə - (Ər.) 1.Boyun borcu, vəzifə, borc hökmündə olan vəzifə. -* Qanun və əxlaqın zərurəti, yerinə
yetirilməsi lazım gələn şey.
Vəcid - (Ər.) 1.Bir şeyin gözəlliyi qarşısında özünü itirəcək dərəcəyə gəlmək, coşqulanmaq. 2.Allah
sevgisindən ötəri duyulan coşğunluq, sevinc.
Vəcizə - (Ər.) Dərin mənalı, köklü, gözəl söz.
Vədad,Vidad - (Ər.) 1.Sevgi, məhəbbət, dostluq. 2.Hüsni-rəğbət,simpatiya.
Vədid (Vədidə) - (Ər.) Dost, sevgisi çox olan.
Vədud - (Ər.) 1.Çox məhəbbətlə, çox şəfqətli. 2.Allahın adlarındandır. Yaxşı qullarını sevib onlara rəhmət və
razılığını iradə edən uca Allah.
Vəfa - (Ər.) 1.Sözünü yerinə yetirmək, sözündə durma, sədaqət, etibar, inam borcunu ödəmə. 2.Sevgi,
dostluq və bağlılıqda stabillik,çatma yetişmə; ömürü vəfa etmədi. 3.Kafi kifayət.
Vəfai - (Tür.) Vəfa ilə əlaqədar.
Vəfi - (Ər.) 1.Vəfalı, bağlı. 2.Tam, mükəmməl, qüsursuz.
Vəfiə - (Ər.) 1.Vəfalı, sevgisi müvəqqəti olmayan. 2.Tam, əskiksiz.
Vəfiq - (Ər.) Uyğun, müvafiq, yoldaş, arxadaş, eyni fikirdə olan.
Vəfir (Vəfirə) - (Ər.) Çox, bol.
Vəfrət - (Ər.) Çoxluq, bolluq. Kişi və qadın adı olaraq istifadə edilir.
Vəhab (Vəhhab) - (Ər.) Bağışlayan, ehsan edən, saysız nemətlər verən uca Allah. - Bu ad esmaü-l
Hüsnadan-dır. Quran-ı Kərimdə, Al-i İmran, ayə: 8; Sad surəsi ayə: 9 və 35-də keçməkdədir.- Abdulvəhab.
Vəhad - (Ər.) Səhra ortasında suyu və yaşıllığı olan yerlər. Vahalar.
Vəhdət - (Ər.) 1.Vahidlik, təklik, birlik. 2.Allahı tək bilmək, Allahın birliyinə inanama, şirkdən uzaqlaşmaq.
3.Yalqızlıq, vahidlik, təklik. 3.Hakimiyyət və Təşri (qanun koyuculuğu) yalnız Allaha aid olaraq görmək.
Vəhdəddin - (Ər.) Dinin təkliyi, birliyi.
Vəkil - (Ər.) 1.Başqasının yerinə və adına hərəkət edən və ya danışan, müttəhimin hüquqlarını qoruyan.
2.Əsl vəzifəliləri yerinə çalışan, bir vəzifəni müvəqqəti olaraq idarə edən. birisinin və ya bir təşkilatın tapşırığı
ilə iş görən adam. 3.Müdafiəçi. 4.Hökumət üzvü olan kimsə, baxan, nazir. 5.Quranda Allahın adı olaraq da
keçir.
Vəladət - (Ər.) Doğuş, dünyaya gəlmək, ortaya çıxmaq.
Vəlayə - (Ər.) Falçı qadınlar.
Vəlayət - (Ər.) l.Vəlilik. Vəliliyə çatmış olan kimsənin halı və sifəti. 2.Başqasına sözünü keçirmə. 3.Dostluq,
sədaqət.
Vəli (Vəliyyə) - (Ər.) 1.Uşağa baxım və idarəsi üzərində olan, hal və hərəkətlərindən məsul olan kimsə,
hami, himayədar, qəyyum . 2.Dost, yaxın. 3.(Farsca) Lakin,ancaq,amma. 4.Ağa. 5.Allahın sevimli qulu,
övliyalığa çatmış. - Allahın adlarındandır.
Vəlimə - (Ər.) Toy ziyafəti, evlənmə, toy.
Vəliuddin - Allaha yaxın adam, mömin, allahdanqorxan, dinin himayəçisi.
Vəcahət - (Ər.) 1.Gözəl üzlülük, göstərişlilik, gözəl üz. 2.Möhtərəmlik, qürur.
Vəli - (Ər.) Bir vilayəti idarə edən ən böyük məmur.
Vəlican - (Ər.) Candan sevən, dost, yakın.
Vəlid (Vəlidə) - (Ər.) Yeni doğulmuş uşaq. Kişi uşaq, kölə. səhabə adlarındandır.
Vəliyəddin - (Ər.) Dinin sahibi. Dinin dostu.
Vənnac - (Ər.) Çox parıltı. Çox alovlu.
Vəsahəddin - (Ər.) Dinin ucalığı, qüruru.
Vəsamət - (Ər.) Gözəllik, gözəlolma. - Kişi və qadın adı olaraq istifadə edilir.
Vəsilə - 1.Ayrılmaz, qovuşmuş. 2.Vasitə. 3.)Səbəb 4)Bəhanə. 5.Fürsət.
Vəssaf - (Ər.) Xüsusiyyətlərini bildirərək izah edən ya da tərifləyən.
Vəssal - (Ər.) 1.Vəsledən, çatdıran, birləşdirən. 2.Köhnə yazılı bir kitabın səhifələrini ayıran sənətkar.
Vəssalə - (Ər.) Köhnə yazma əsərlərin kənar qisiminə kağız əlavəsi ilə edilən təmir şəkli
Vəzir - (Ər.) Osmanlı dövlətində ən yüksək dərəcə olan vəzirlik rütbəsində olan kimsə, dövlət işlərində
yüksək vəzifəli adam, nazir. 2.Şahmatda şahın yanındakı baş fiqurlardan biri.
Vidadi - Məhəbbət, rəğbət, sevgi.
Vildan - (Ər.) 1.Yeni doğulmuş uşaqlar. 2.Qullar, kölələr. Quranda zikr edilmişdir.
Vurğun - (Tür.) 1.Birinə aşiq, vurulmuş. 2.Allaha, peyğəmbərə vurğun olmaq.
Vüqar - Qürur, itaətkar.
Vüsal - Murada catmaq,vəfalı.
Vüsalə - (Ər.) 1.Qovuşma, çatma ilə əlaqədar. 2.Sevgi, məhəbbət, səadət.