Adların mənası - X

Adların mənası - X

Adların mənası - X
Adların mənası - X

Xabir - (Ər.) Məlumat verən.
Xaqan - (Tür.) 1.Köhnə Türk və Monqol hökmdarlarının istifadə adlardan biri, xanlar xanı. 2. Xaqan.
Xalid - (Ər.) Əbədi yaşayacaq, ölməz.
Xalidə - (Ər.) 1.Gözəl, qəşəng. 2. Ölümsüz, əbədi.
Xaliq - (Ər.) Yaradan, xəlq edən, İşıqçı, nur verən.
Xalıs - (Ər.) 1.Hiyləsiz. 2.Qatqısız, qarışmamış, qatışıqsız, saf. 3.Əsli, təmiz.
Xalisə - Səmimi, təmiz.
Xamis - Beşinci.
Xanədan - (Fars.) Kökdən,əzəldən, zadəgan və böyük ailə.
Xəndəgül - (Fars.) Gülün açması.
Xanım - Keçmışdə yüksək vəzifəlilərin arvadlarına verilən ad.
Xanış - İstək, arzu.
Xaris - Əkinçi.
Xanverdi - Xan verən. *Ad kimi istifadə edilməz.
Xaris - (Ər.) Əkinçi.
Xasay - Igid, ər, qəhrəman.
Xaspolad - (Tür.) Qatışıqsız, saf, polad kimi.
Xatif - Vicdanın səsi.
Xatirə - (Ər.) 1.Yada düşən şey. 2.Xatirdə qalmış şey, yaddaş. 3.Yadigar.
Xatun - (Tür.) 1.Qadın. 2.Xanım. 3.Zövcə, arvad. 4.Əvvəllər yüksək şəxsiyyətli qadınlara və ya yüksək
vəzifəlilərin həyat yoldaşlarına verilən ad.
Xavər - (Fars) Günəş, şərq, gündoğan, günçıxan. Kişi və qadın adı olaraq istifadə edilir.
Xeyransa - Qadınların yaxşısı.
Xeyrat - (Ər.) Xeyriyyəçi. Savab qazanmaq üçün görülən xeyırlı işlər, yaxşılıqlar. 2.Savab üçün qurulan
məcıis.
Xeyrəddin - (Ər.) Dinin xeyirli etdiyi, mübarək qıldığı insan.
Xeyri - Xeyirxah iş görən.
Xeyriyyə - Əliaçıq, xeyirxah, səxavətli, yaxşı.
Xeyrulla - (Ər.) Allahın xeyirli etdiyi kişi.
Xədicə - (Ər.) Vaxtsız, erkən doğulan qız uşağı. Hz. Məhəmməd (s.ə.s) -in ilk həyat yoldaşı.
Xəqani - Xana aid olan, hökmdar.
Xələf - (Ər.) 1) Atadan sonra qalan övlad. 2.Birirnin yerini tutan və ya tutacaq adam, varis. 3.Nəsil.
Xəlil - (Ər.) 1.Dost, sadiq dost, sirdaş, yoldaş. 2.Sevgili.
Xəndan - (Fars.) 1.Gülən, gülümcül. 2.Gülər üzlü, sevimli.
Xətif - Vicdan səsi.
Xətim - Hakim.
Xəttab - (Ər.) Odunçu.
Xəyal (Xəyalə) - 1.Fikir,düşüncə. 2.Arzu edilən,həsrəti çəkilən. 3.Əslində olmayıb gözə götünən mövhumi
şey,kabus.
Xəyyam - 1.Çadırquran, çadırçı..2.Aşiq, dəlicəsinə sevən.
Xəzan - (Fars.) Sonbahar, payız.
Xəzangül - Saralıb-solmuş gül.
Xəzər - (Ər.) 1.Sabit məskəni olanların yaşadıqları məmləkət. 2.Sülh və güvən. - Kişi və qadın adı olaraq
istifadə edilə bilər.
Xızır - (Ər.) 1.Yaşıl, yaşıllıq. 2.Kəhf surəsində 59-81. ayələrdə bəhs edilən və Hz. Musanın onunla
görüşərək imtahan olunduğu şəxsin təfsirçilərin əksəriyyətinin üzərində ittifaqla dayandıqları ad. Xızır
haqqında çox müxtəlif rəvayətlər vardır.
Xızırxan - (Ər.) Seyid, Seyyid sülaləsinin qurucusu, Malik Süleymanın oğlu.
Xoca - (Fars) Cənab, müəllim.
Xosrov - 1.Xoş, xeyirxah, xeyirgətirən. 2.Hökmdar, padşah. 3.Xeyriyyəçi.
Xoşəndam - (Fars.) Boy-buxunu gözəl, bədən quruluşu xoşa gələn, bədən fiquru düzgün olan.
Xoşfidan - (Fars.) Gözəl əndamlı, boylu-buxunlu qadın.
Xoşqədəm - (Fars.) Ayağı uğurlu, yerişi xoşa gələn, yerişi bəyənilən.
Xoşnigar - (Fars.) Gözəl, xoş sevgili.
Xudavəndi - (Fars.) 1.Hökmdarlıq. 2.Əfəndi, sahib, maliklik. 3.Hakim, hökmdar.
Xudayar - Allahın sevimlisi.
Xulya - (Ər.) Təsəvvür, yanıltma, xəyalına gətirmə.
Xumar - Yaraşıqlı, alagözlü.
Xuraman - Ucaboylu, incə, qamətli.
Xurşid - (Fars.) Günəş, Mehri, şəms.