Adların mənası - Y
Adların mənası - Y
Yadigar - Yada salan, xatırlayan. 2.Yadda saxlamaq üçün verilən hədiyyə. 3.Heykəl,büst,abidə
Yağmur - (Tür.) Göydən damlalar halında düşən su.
Yaxşıxan - (Tür.) Gənc, gözəl hökmdar.
Yaqub - (Ər.) 1.Vəfalı ata. 2.İzi ilə gedən. 3.Erkək kəklik. 4."Təqib edən, izləyən". - Hz. Yusif (ə.s.) -ın atası
ve Qur'an-ı Kərimdə iadı keçən 25 peygəmbərdən (Hz. Yaqub). Hz. İshaq (ə.s.) -ın oğlu.
Yaqut - (Ər.) 1.Parlaq qırmızı, şəffaf qiymətli daş. 2.Sibirin şimal hissəsində yaşayan bir Türk qövmü. - Kişi
və qadın adı olaraq istifadə edilir.
Yalçın - (Tür.) 1.Dik. 2.Hamar, sürüşkən. 3.Parlaq, cilalı. 4.Igid, üsyançı. 5.Böyük, əzəmətli.
Yalçınər - (Tür) Çətin, sərt igid.
Yaman - Pis, yaxşı olmayan.
Yanıq - (Tür.) 1.Yanmış olan, əsmər. 2.Duyğulu, toxunaqlı. 3.Qovrulmuş, inkişaf etməmiş. 4.Aşıq.
Yardil - (Fars.) Gönül dostu, sevimli. - Kişi və qadın adı olaraq istifadə edilir.
Yarəli - (Fars.) Əlinin dostu.
Yarqaya - (Tür.) Dik, uçurumlu qaya.
Yasəf - (Ər.) Hz. Nuh (ə.s.) - ın üçüncü oğlu. Tufandan sonra Xəzər dənizinin şimalına yerləşmişdir. Türk
soyunun atası olduğu deyilər.
Yasəmən - (Fars.) Yazin əvvəlində ağ,qırmızı və bənövşəyi rəngdə ətirli slxımvari çiçək açan ağacın gülü,
gözəl qoxulu və əksərən ağ və ya sarı çiçək açan. (jasminum).
Yasin - (Ər.) Quran-ı Kərimin 36 -cı surəsinin başlanğıcı. Əsl mənası bilinməməklə birlikdə, "Ey insan, Ey
Seyid" kimi müxtəlif mənalar çıxarılmışdır. 3.Məhəmməd peyğəmbərin adlarından biri
Yasir - Yüngül, sərbəst.
Yasirə - Mərhəmətli.
Yaşar - (Tür.) 1.Doğulan uşağın uzun ömürlü olması diləyiylə qoyulan addır. - Kişi və qadın adı olaraq
istifadə edilir. 2.Yaşamaq, mövcud olmaq, yaşayan
Yaşanur - (Tür.) Yaşamaq və nur sozlərindən birləşmiş ad.
Yavər - (Fars.) 1.Köməkçi, yardımçı. 2.Adyudrant. 3.Keçmş İran ordusunda və polisində; mayor.
Yavuz - (Tür.) 1.Yaman güclü, gözəl. 2.Sərt, şiddətli, çətin, iti. 3.Fövqəladə, müthiş, müstəsna. 4.Səhv, pis
azğın. Yavuz Sultan Səlim. Xilafətin Osmanlılara keçməsini təmin edən doqquzuncu Osmanlı padşahı.
Yavuzcan - (Tür.) Güclü şəxsiyyəti olan, kimsə.
Yavuzər - (Tür.) Cəsur, güclü kişi.
Yavuzxan - (Tür.) Güclü hökmdar.
Yayla - Səmimi.
Yazgülü - (Tür.) Yazda açan gül.
Yeganə - 1.Tək, səmimi. 2.Birinci,birinci olaraq. 3.Yalnız tək, vahid, tək, bir dənə. 4.Nadir, çətin ələ düşən.
Yekdanə - (Fars.) 1.Həyat yoldaşının bənzəri olmayan, tək. 2.Bir növ boyunbağı.
Yekparə - (Fars.) Tək parça, bir parça.
Yenisu - (Tür.) Yeni su. - Kişi və qadın adı olaraq istifadə edilir.
Yesarət - (Ər.) 1.Asanlıq. 2.Zənginlik.
Yetər - (Tür.) Sonuncu olması istənən uşaqlara verilən adlar. - Kişi və qadın adı olaraq istifadə edilir.
Yezid - Hz. Müaviyənin ( r.a.) oğlu və Əməvilər dövlətinin ikinci xəlifəsi. Şamda doğulub. Zamanında
Kərbəla hadisəsi meydana gəldi. - O zamandan bu adın istifadəsinə son qoyuldu.
Yəhya - (İbr.) "Allah lütfkardır" mənasında. Quran-ı Kərimdə 5 yerdə adı keçən və Zəkəriyyə (əs) -ın oğlu
olan peyğəmbər.
Yəmən - Xoşbəxtlik, səadət.
Yılmaz - (Tür.) Qorxmayan, qoçaq bezməyən, əzmli, təmkinli.
Yusif - 1.Artım, gəlir. 2.Gözəlliyi ilə məşhur olub Misirdə qul kimi satılmış və sonradan peyğəmbər olan
adam.
Yunis - (Ər.) 1.İlıq və isti dənizlərdə yaşayan, məməli heyvan. 2.Bir sıra ulduzun adı. 3.Uzun müddət bir
balığın qarınında qaldığı rəvayət edilən və Quran-ı Kərimdə adı keçən 25 peyğəmbərdən biri.
Yunus - Göyərçin.
Yurdagül - (Tür.) Ölkənə gül. Qanun üçün faydalı ol.
Yurdanur - (Tür.) Yurduna, ölkənə işıq saç, işıqlandır.
Yurdcan - (Tür Vətənə canlılıq verən.
Yurdsevən (Yurdsevər) - (Tür.) Yurdunu, millətini sevən. - Kişi və qadın adı olaraq istifadə edilir.
Yüksəl - Yüksəlmək.
Yümni (Yümniyə) - (Ər.) 1.Uğurlu, bacarıqlı. İşi sağ əli ilə görən. Qiyamət günündə kitabını sağ tərəfindən
alacaq olan. 2.Uğura aid, uğurla əlaqədar.