Adların mənası - Z

Adların mənası - Z

Adların mənası - Z
Adların mənası - Z

Zabil - 2.Qısa boylu. 2.Zabit, əsgərə əmr edən rütbəli əsgər.
Zabir (Zabirə) - (Ər.) Möhkəm, güclü.
Zabit - (Ər.) 1.Əsgərə əmr edən rütbəli əsgər, əmr edən, hökm edən, 2.Hərb və polis sistemində komanda
heyətində olan şəxs. 2.Ticarət gəmilərində gəminin hərəkətini idarə edən idarəçi, nizamlayan. 3.İdarəetmə
gücü olan. (məcazi): tutduğunu qoparan, dediyini etdirən kimsə.
Zabitə - 1.Qayda, ümumi qayda. 2.İntizam.
Zafir - (Ər.) Zəfər qazanan, üstün gələn.
Zahib - 1.Gedən, gedici. 2. Bir zənnə qapılan, bir fikrə uyğun gələn.
Zahid (Zahidə) - (Ər.) 1.Şübhəli şeyləri belə tərk edərək günahdan qaçan. 2.Allahın adamı, mömin, dünya
malından imtina edib Allaha ibadətlə məşğuı olan. 3.Pəhriz adən.
Zahir (Zahirə) - (Ər.) 1.Aşkar,açıq aydın. 2.Parlaq, parlaq ulduz. 3.Xarici görünüş, bayır tərəf. - Allahın
adlarındandır. Quran-ı Kərimdə Hədid surəsi 3 -cü ayədə keçir.
Zaim - 1.Zamin. 2.Şahzadə.3.Şef, lider.
Zaki - (Ər.) 1.Qabiliyyətli, qadir. 2. Təmiz, ismətli.
Zakir, (Zakirə) - (Ər.) 1.Zikr, zikr edən, yada salan, təsbeh çevirən, xatırladan, qeyd edən, təkyədə zikr
oxuyan, anan. 2.Allahı lazım olduğu kimi təşbeh və tehmid edən, Quranı öyüd-nəsihət verici, gerçək bir zikr
olaraq görən.
Zaqir - (Ər.) Köməkçi.
Zaliyə - (Ər.) Açıq rəngıi saçları oln qız.
Zaman - Vaxt, dövran, cağ.
Zambaq - (Ər.) Gözəl və iri çiçəkli bir bəzək bitkisi.
Zamiq - Etibarlı, məntiqli.
Zamin (Zaminə) - Zəmanət verən.
Zamir (Zamirə) - (Ər.) 1.Daxili, üz. 2.Ürək, vicdan. 3.Könüldə gizli olan sirr. 4.Ağıl, əsrarəngizlik. 5.Adın
yerini tutan söz.
Zanbaq - Gözəl qoxulu bir çiçək.
Zaur - (Ər.) Ərəbcə "Zühur" sözündən - Görünmək, tanınmaq, məşhur olmaq, meydana çıxmaq.
Zehni (Zehniyə) - (Ər.) Zehinlə, ağılla əlaqədar.
Zeycan - (Fars.) Candan, cana yaxın.
Zeyd - 1.Əlavə edən, böyüdən. 2.Bolluq.
Zeynal - (Ər.) Bəzək.
Zeynəb - (Ər.) 1.Qiymətli daşlar, ləl-cəvahiratlar. 2.Gözəl, yaraşıqlı.
Zeynəddin - (Ər.) Dinin zinəti, bəzəyi.
Zeynəl - (Tür.) (Bax. Zeynəlabidin) Zeynəlabidin adından qısaldılmış ad.
Zeynəlabidin - (Ər.) İbadət edənlərin bəzəyi.
Zeyni (Zeyniyə) - (Ər.) Bəzəklə əlaqədar.
Zeynulla - (Ər.) Allahın zinəti.
Zeyrək - (Tür.) 1.Maraqlı. 2.Cəlb edici. 3.Ağıllı, ağıllı.
Zeytunə - (Ər.) Zeytun, həmişəyaşıl ağac.
Zəfər - (Ər.) l.Məqsədəçatma, məqsədə yetişmə, nail olma, uğur. 2.Qalib, düşməni məğlubetmə,
üstüngəlmə. - Kişi və qadın adı olaraq istifadə edilir.
Zəfirə - (Ər.) 1. Nəzakətli və xoş danışan, incə və xoş rəftarlı olan kimsə, nəzakətli. 2.Incəliyi, lətifliyi ilə
xoşuna gələn.
Zəhra - (Ər.) Ay üzlü, ay kimi parlaq və saf olan. Çox parlaq və safı, aydın. - Hz. Məhəmmədin qızı
Hz. Fatimənin ləqəbi.
Zəka - Saflıq, xalislik.
Zəkavət - (Ər.) Zəka, ağıllılıq.
Zəkəriyyə - (Tür.)1.Agıllı, düşüncəli. 2.Quran-ı Kərimdə adı keçən peyğəmbərlərdən biri.
Zəki (Zəkiyə) - (Ər.) 1.Zəkalı tez anlayan və qavrayan. 2.Zəka ifadə edən. 3.Saf, xalis,təmiz, yaxşı.
Zəkirə - (Ər.) Yaddaşı güclü olan, unutmayan.
Zəkiyə (Zəkiyyə) - (Ər.) Anlayışlı, qavrayışlı, zəka sahibi, alicənab, gözəl, cazibədar, agıllı, təmiz, suçsuz.
Zəlikə - (Ər.) Şirindilli.
Zəlimxan - (Tür.) "Zalım xan" - sözündən...
Zəminə - (Fars.) 1.Yer, yer üzü, torpaq, quru sərhi. 1.Zəmanət, təminat. 3.İlk şərt, ilkin şərait.
2.Əsas, dayaq. mövzu, tema.
Zərnigar - (Fars.) Qızılla işlənmiş, zərli.
Zənnişan - (Fars.Ər.İbr.) Məşhur, tanınmış qadın.
Zərəfşan - (Fars.) 1.Altın saçan, altın saçıcı, qızıl saçan, qızılı. 2.Bir lalə növü.
Zərgül - (Fars.) Qızıl kimi.
Zərif - (Ər.) Mehriban, gözəl, əzizim.
Zərifə - Zərif, yumşaq, incə hərəkət etmək.
Zərin - (Fars.) Altından olan, qızıl kimi parlaq olan, sarı olan. - Kişi və qadın adı olaraq istifadə edilir.
Zərinə - Qızılı.
Zərqələm - 1.Qiymətli, dəyərli. 2.Qızıl qələm.
Zərnişan - (Fars.) Qılınc kimi şeylərin üzərinə qızılla edilən mozaika, bəzək.
Zərarə - (Fars.) Saçıntı, saçılan şey. - Kişi və qadın adı olaraq istifadə edilir.
Zərrin - (Fars.) 1.Qızıldan məmulat. 2.Qızıl rəngində, sarı. 3.Parlaq. 4.Gözəl qoxulu bir cins çiçək.
Zərvər - (Fars.) Qızıl zərli olan. - Kişi və qadın adı olaraq istifadə edilir.
Zəvahir - (Ər.) 1.Parlaq ulduzlar. - Kişi və qadın adı olaraq istifadə edilir.
Ziba - (Fars.) 1.Yaraşıqlı, gözəl. 2.Bəzəkli, zinətli. 3.Fars dilində "gözəllik" mənasını daşıyır.
Zihiccə - Ərəblərin on ikinci ayı. Qurban bayramı, bu ayın onuncu gününə təsadüf edir.
Zinət - (Ər.) Bəzək, yaraşıq.
Zinnur (Zinnurə) - (Ər.) Nurlu, işıqlı, aydın.
Zirba - Uca, hündür.
Zivər - (Fars.) Bəzək, daş-qaş. - Kişi və qadın adı olaraq istifadə edilir.
Ziya - (Ər.) Işıqlı, İşıqlıq, parlaqlıq, nur, nurlu, işıq.
Ziyad - (Tür.) 1.Üstün, artıq. 2.Lazım olandan çox, bolluq, çoxluq.
Ziyəddin - (Ər.) Dinin işığı, nuru.
Zoya - Həyat (Yunancadan).
Zöhrab - Parlaq, aydın.
Zöhrə - (Ər.) 1.Çoban ulduzu, venera. 1.Karvanqıran. 2.Eşq ilahəsi.
Zübeydə - (Ər.) 1.Öz, əsl, cövhər. 2.Çiçək, gül.
Zühdiyə - (Ər.) Hər cür zövqə qarşı olaraq özünü ibadətə verən.
Zülal - (Ər.) 1.Yüngül, saf və şirin su.
Züleyxa - (Ər.) 1.Su pərisi. 2.Hz. Yusifin xanımı, gözəlliyi ilə tanınmışdır.
Zülfət - (Ər.) Qıvrımsaç.
Zülfi - (Ər.) Qılıncın qəbzəsınə vurulan bəzək.
Zülfibar - (Fars.) Dağılmış, saçılmış saç.
Zülfiqar - (Ər.) 1.Qilinc adı. 2.Hz. Peyğəmbərin Hz. Əliyə hədiyyə etdiyi çəngəl ağızlı qılınc.
Züfiyar - (Fars.) Sevgilinin zülflü saçı.
Zülfizar - (Fars.) Ağlayan, inləyən saç.
Zümrə - (Ər) 1.Gözəl, yaxşı əxlaqlı. 2.Cəsur, igid, ürəkli. 3.Ağıllı, savadlı qadın.
Zümrüd - (Ər.) 1.Parlaq yaşıl rəngli qiymətli daş. 2.Dəyərli, qiymətli.
Zürrarə - (Ər.) Saçıntı, saçılan şey