AK Parti Mərkəzi İdarə Heyətinin iclası keçirilir

Bakı, AzerVoice: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi İdarə Heyətinin (MYK) iclası keçirilir. AzerVoice xəbər verir ki, AK Parti MYK toplantısının əsas… The post AK Parti Mərkəzi İdarə Heyətinin iclası keçirilir appeared first on AzerVoice.

AK Parti Mərkəzi İdarə Heyətinin iclası keçirilir

Bakı, AzerVoice:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi İdarə Heyətinin (MYK) iclası keçirilir.

AzerVoice xəbər verir ki, AK Parti MYK toplantısının əsas gündəmi yerli seçkilərin nəticələri olacaq.

Nəticələr prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda qiymətləndiriləcək.

İclasda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, maliyyə naziri Mehmet Şimşək, ticarət naziri Ömer Bolat, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və ədliyyə naziri Yılmaz Tunç da iştirak edir.

Mərkəz İdarə Heyətinin iclasından sonra AK Parti sözçüsü Ömər Çelik həm gündəm, həm də iclasla bağlı açıqlama verəcək.

Qeyd edək ki, 31 mart tarixində Türkiyədə 61 milyon 441 mindən çox seçicinin səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

The post AK Parti Mərkəzi İdarə Heyətinin iclası keçirilir appeared first on AzerVoice.