Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olub

Mərkəzi Asiyada ən çox təbii qaz satan Türkmənistan 2023-cü ildə hasilatını 6,9 %, ixracını isə 12,6 % artırıb. “Report” “Neytral Türkmənistan” qəzetinə istinadən xəbər verir ki, 2023-cü ildə ölkə qazını əsasən Çinə, o cümlədən Rusiya, Azərbaycan və Özbəkistana satıb və ümumilikdə 80,6 milyard kubmetr qaz hasil edib. Bu rəqəmlər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun supernəhəng “Qalkınış” neft-qaz yatağının sənaye işlənməsinin əhəmiyyətindən və Xəzər dənizinin milli sektorunun kəşfiyyatı və işlənməsində xarici şirkətlərin iştirakından danışdığı hökumətin iclasında açıqlanıb. Dövlət başçısı həmçinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisini də diqqət mərkəzində saxlamağı tapşırıb. Məlumdur ki, 2024-cü ilə qədər Türkmənistan qazının Azərbaycana tədarükü İran vasitəsilə svop yolu ilə həyata keçirilirdi. 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə uyğun olaraq, ildə 1,5-2 milyard kubmetrədək Türkmənistan qazının tədarükü, sonra isə bu həcmlərin 3-4 milyard kubmetrə qədər artırılması nəzərdə tutulurdu. Bununla belə, Türkmənistandan Azərbaycana İran vasitəsilə qazın svop tədarükü müvəqqəti olaraq dayandırılıb və Bakı ilə Axşabad arasında yeni razılaşma əldə edildikdən sonra bərpa oluna bilər. Tədarüklər 2022-ci ilin yanvarında gündəlik 5-6 milyon kubmetr həcm ilə başlayıb. Elə həmin ilin martına qədər vurulan qazın sutkalıq həcmi 7 milyon kubmetrə yüksəlib. Hazırda Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqli imkanları da müzakirə olunur. Qeyd edək ki, Azərbaycanda 2024-cü il yanvarın 1-dən svop sazişi üzrə xam neft və təbii qaz idxalı üç il müddətinə ƏDV-dən azad edilib.

Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olub

Mərkəzi Asiyada ən çox təbii qaz satan Türkmənistan 2023-cü ildə hasilatını 6,9 %, ixracını isə 12,6 % artırıb.

“Report” “Neytral Türkmənistan” qəzetinə istinadən xəbər verir ki, 2023-cü ildə ölkə qazını əsasən Çinə, o cümlədən Rusiya, Azərbaycan və Özbəkistana satıb və ümumilikdə 80,6 milyard kubmetr qaz hasil edib.

Bu rəqəmlər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun supernəhəng “Qalkınış” neft-qaz yatağının sənaye işlənməsinin əhəmiyyətindən və Xəzər dənizinin milli sektorunun kəşfiyyatı və işlənməsində xarici şirkətlərin iştirakından danışdığı hökumətin iclasında açıqlanıb.

Dövlət başçısı həmçinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisini də diqqət mərkəzində saxlamağı tapşırıb.

Məlumdur ki, 2024-cü ilə qədər Türkmənistan qazının Azərbaycana tədarükü İran vasitəsilə svop yolu ilə həyata keçirilirdi. 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə uyğun olaraq, ildə 1,5-2 milyard kubmetrədək Türkmənistan qazının tədarükü, sonra isə bu həcmlərin 3-4 milyard kubmetrə qədər artırılması nəzərdə tutulurdu.

Bununla belə, Türkmənistandan Azərbaycana İran vasitəsilə qazın svop tədarükü müvəqqəti olaraq dayandırılıb və Bakı ilə Axşabad arasında yeni razılaşma əldə edildikdən sonra bərpa oluna bilər.

Tədarüklər 2022-ci ilin yanvarında gündəlik 5-6 milyon kubmetr həcm ilə başlayıb. Elə həmin ilin martına qədər vurulan qazın sutkalıq həcmi 7 milyon kubmetrə yüksəlib.

Hazırda Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqli imkanları da müzakirə olunur.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il yanvarın 1-dən svop sazişi üzrə xam neft və təbii qaz idxalı üç il müddətinə ƏDV-dən azad edilib.