Bayramda istirahətdə olanların evlərini talayan şəxs saxlanıldı - VİDEO

Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb. BAKU.WS DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib. Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb. Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bayramda istirahətdə olanların evlərini talayan şəxs saxlanıldı - VİDEO

Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb.

Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib. Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb.

Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.