Fələstinli uşaqlar hepatit ilə mübarizə aparır

Bakı, AzerVoice Qəzza zolağında şəxsi gigiyena və suyun olmaması, İsrail ordusunun həyat üçün lazım olan hər şeyə tətbiq etdiyi məhdudiyyətlər və sığınacaq mərkəzlərində sıxlıq səbəbindən xüsusilə uşaqlar arasında hepatit halları… The post Fələstinli uşaqlar hepatit ilə mübarizə aparır appeared first on AzerVoice.

Fələstinli uşaqlar hepatit ilə mübarizə aparır

Bakı, AzerVoice

Qəzza zolağında şəxsi gigiyena və suyun olmaması, İsrail ordusunun həyat üçün lazım olan hər şeyə tətbiq etdiyi məhdudiyyətlər və sığınacaq mərkəzlərində sıxlıq səbəbindən xüsusilə uşaqlar arasında hepatit halları genişlənir.

AzerVoice xəbər verir ki, Kemal Advan Xəstəxanası bildirib ki, İsrailin Qəzza zolağına hücumları nəticəsində bir çox insan sağlamlıq problemləri, qida çatışmazlığı və qaraciyər xəstəliklərindən əziyyət çəkir.

Kemal Advan Xəstəxanasının həkimi Əbu Celhum, hepatitin yayılmasının şəxsi gigiyena qaydalarına riayət edilməməsi, çirkli su və yeməklər, sığınacaq mərkəzlərinin həddindən artıq sıxlığından qaynaqlandığını ifadə edərək, gündəlik olaraq bütün yaş qruplarından ən az 10 xəstənin gəldiyini bildirib.

Bombardman altında qeyri-kafi olan xəstəxanaların lazımi müalicəni təmin edə bilmədiklərini qeyd edən fələstinli həkim xəstəliyin çox yayılmasından və uşaqların sağlamlığını təhlükəyə atmasından narahat olduqlarını vurğulayıb.

Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada isə insanların sıx toplaşdığı sığınacaqlarda 700 min yoluxucu xəstəlik və 8 mindən çox “Hepatit A” virusunun aşkar edildiyi bildirilib.

Qeyd edək ki, Qəzzanın səhiyyə rəsmilərinə görə, İsrailin Qəzzanı işğal etməsi 32 mindən çox insanın ölümünə səbəb olub, anklavın çox hissəsini xarabalığa çevirib və Qəzzanın 2,3 milyon əhalisinin 80 faizini köçkün vəziyyətinə salıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

The post Fələstinli uşaqlar hepatit ilə mübarizə aparır appeared first on AzerVoice.