Niyətşah Nemətov

Niyətşah Nemətov Niyətşah Nemətov Səfər oğlu — əməkdar rabitə işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü 1928-ci ildə Yerfi sovetliyinin Qayadalı kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 1942-ci ildə Qonaqkənd rayonu poçt şöbəsində poçtalyon işləməklə başlamışdır. M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Qonaqkənd, Saatlı və Bakı şəhərinin bir çox rayon rabitə şöbələrində rəis işləmişdir. 1971-ci ildən 1989-cu ilədək Bakı şəhərinin poçt rabitəsinə nəzarət edən Bakı Poçtamtının rəhbəri olmuşdur. 1991-ci ildə Əməkdar Rabitə işçısi fəxri adını almışdır.  2006-cı ildə Prezidentin Fərdi təqaüdünə layiq görülmüşdür.  2007-ci ildə vəfat etmişdir. mənbə: Tahir Həsənli. Yerfililər. Bakı, Kitab Klubu, 2012

Niyətşah Nemətov
Niyətşah Nemətov

Niyətşah Nemətov Səfər oğlu — əməkdar rabitə işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü


1928-ci ildə Yerfi sovetliyinin Qayadalı kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 1942-ci ildə Qonaqkənd rayonu poçt şöbəsində poçtalyon işləməklə başlamışdır. M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Qonaqkənd, Saatlı və Bakı şəhərinin bir çox rayon rabitə şöbələrində rəis işləmişdir.


1971-ci ildən 1989-cu ilədək Bakı şəhərinin poçt rabitəsinə nəzarət edən Bakı Poçtamtının rəhbəri olmuşdur.


1991-ci ildə Əməkdar Rabitə işçısi fəxri adını almışdır. 

2006-cı ildə Prezidentin Fərdi təqaüdünə layiq görülmüşdür. 

2007-ci ildə vəfat etmişdir.


mənbə: Tahir Həsənli. Yerfililər. Bakı, Kitab Klubu, 2012