Nutrisioloqlar Qocalma Prosesini Ləngidən Quru Meyvəni Açıqladılar

Quru meyvələr lap qədim zamanlardan insanların qida rasionunun tərkib hissəsini təşkil edib. Nutrisioloqlar (qidalanma təlimatçıları) qocalma prosesini yavaşladan quru meyvələrdən ən başlıcasının üzüm qurusu olduğunu … Nutrisioloqlar Qocalma Prosesini Ləngidən Quru Meyvəni Açıqladılar yazısı ilk dəfə Evdar.az saytında yerləşdirilmişdir.

Nutrisioloqlar Qocalma Prosesini Ləngidən Quru Meyvəni Açıqladılar

Quru meyvələr lap qədim zamanlardan insanların qida rasionunun tərkib hissəsini təşkil edib. Nutrisioloqlar (qidalanma təlimatçıları) qocalma prosesini yavaşladan quru meyvələrdən ən başlıcasının üzüm qurusu olduğunu qeyd edirlər. Bəs üzüm qurusunun orqanizmimizə faydası nədir və ondan istifadədə hansı həddi gözləmək lazımdır? Evdar.az üzüm qurusunun orqanizmə faydaları haqqında araşdırmanı təqdim edir.

Quru Meyvələrin Orqanizmə Faydaları

Qeyd etmək lazımdır ki, quru meyvələrin tərkibində bioloji aktiv fitokimyəvi birləşmələr eləcə də:

  • Fenol birləşmələri;
  • Flavonoidlər;
  • Karotinoidlər;
  • Proantosianidlər;
  • Fitoetrogenlər mövcuddur.

Bu maddələr antioksidant təsirə malik olub, hüceyrələrin bərpasına səbəb olur və qocalma prosesini ləngidir. Eləcə də immun sistemini qüvvətləndirir və ürək xəstəlikləri riskini azaldır.

Quru meyvələr içərisində üzüm qurusu, xurma, zoğal qurusu, gavalı qurusu insanın bağırsaq mikroflorasına müsbət təsir edir.

Üzüm Qurusunun Sağlamlığa Faydaları

Üzüm qurusu qəbul etmək beynimizdə melotonin hormonunun daha çox ifraz olunmasına gətirib çıxarır ki, bu da nəticədə insanın düzənli, sakit və dərin yuxuya getməsinə səbəb olur. Quru üzüm həmçinin immunitetimizi də möhkəmləndirir. Tərkibindəki sellüloza, kalium və antioksidantlar onu kalorili qəlyanaltı kimi əvəzsiz edir. Üzüm qurusu qan təzyiqini normallaşdırır. Qanda şəkərin miqdarını sabitləşdirdiyi üçün insanda toxluq hissi yaradır və daha çox şirniyyat qəbul etmək məcburiyyəti gətirmir. Üzüm qurusu qəbul edən şəxslərdə qandakı xolesterinin miqdarı azalır. Beləliklə quru üzümlə mütəmadi qidalanan şəxslərdə diabet riski azalır.

Üzüm Qurusunun Ağız Boşluğuna Təsiri

Uzun müddət belə hesab edirdilər ki, üzüm qurusunun tərkibindəki şəkərin bol miqdarda olması dişlərdə kariyesə gətirib çıxarır. Ancaq son araşdırmalar nəticəsində məlum olub ki, buna səbəb ağız boşluğundaki aşağı pH və dişə yapışan qidanın yaratdığı təbəqədir.

Üzüm qurusunu qəbul etmək ağız boşluğunda pH dəyəri aşağı salmır, emal qatını parçalamır. Ondan istifadə digər ərzaqlardan daha çox bakteriya formalaşmasına və bununla kariyesin yaranmasına səbəb olmur.

Üzüm Qurusundan Düzgün Qəbul Etmədikdə…

Quru meyvələrin tərkibindəki şəkər və kalori miqdarı təzə meyvələrə nisbətən daha çoxdur. Buna görə də qanında şəkərin miqdarı çox olanlar və artıq çəkidən əziyyət çəkən şəxslər son dərəcə ehtiyyatlı olmalıdırlar.

Gün ərzində 30 qr-dan çox üzüm qurusu yemək tövsiyyə olunmur.

Üzüm qurusunun tərkibində çoxlu sayda vitaminlər, minerallar və insan sağlamlığı üşün bol miqdarda faydalı maddələr olur. Ona görə də, quru meyvəni normal miqdarda istehlak etmək vacibdir.

Düzgün Qurudulmuş Meyvələri Necə Seçmək Olar? bu haqqda məqaləmizdən oxuya bilərsiniz.

Nutrisioloqlar Qocalma Prosesini Ləngidən Quru Meyvəni Açıqladılar yazısı ilk dəfə Evdar.az saytında yerləşdirilmişdir.