Ondan ayrılan sevgilisini güllələdi - FOTO

Türkiyədə gənc oğlan sevgilisinə ov tüfəngi ilə atəş açaraq yaralayıb. Milliyet.com.az/ BAKU.WS -ə istinadən xəbər verir ki, hadisə Mersin şəhərində baş verib. Mersin Universiteti Tibb Fakültəsinin tələbəsi N. Nidan

Ondan ayrılan sevgilisini güllələdi - FOTO

Ondan ayrılan sevgilisini güllələdi: Qızın ayağı amputasiya olundu - FOTO

Türkiyədə gənc oğlan sevgilisinə ov tüfəngi ilə atəş açaraq yaralayıb.

Milliyet.com.az/ BAKU.WS -ə istinadən xəbər verir ki, hadisə Mersin şəhərində baş verib.

Mersin Universiteti Tibb Fakültəsinin tələbəsi N. Nidanura K. Ersin adlı şəxs tərəfindən ov tüfəngindən atəş açılıb.

Şübhəli hadisədən sonra ərazidən qaçarkən, hər iki ayağından ağır yaralanan qız Mersin Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.

İstintaq zamanı şübhəlinin Adanaya qaçdığını müəyyən edən qruplar əməliyyat nəticəsində şübhəlini cinayət aləti ilə birgə saxlayıblar.

Məlumata görə, hücum yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb.

N. Nidanurun sağ ayağı dizindən amputasiya edilib. Gənc qızın sol ayağının ağır zədələndiyi bildirilir.

Şübhəli şəxs ilk ifadəsində Nidanur ilə sevgili olduqlarını və gənc qızın onu tərk etdiyinə əsəbiləşdiyi üçün onu güllələdiyini deyib.
Ondan ayrılan sevgilisini güllələdi: Qızın ayağı amputasiya olundu - FOTOOndan ayrılan sevgilisini güllələdi: Qızın ayağı amputasiya olundu - FOTOOndan ayrılan sevgilisini güllələdi: Qızın ayağı amputasiya olundu - FOTOOndan ayrılan sevgilisini güllələdi: Qızın ayağı amputasiya olundu - FOTO