Tofiq Nurəli

Tofiq Nurəli Tofiq Nurəli - şair. Tofiq Nurəli (Hacıyev Tofiq Niyətulla oğlu) 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində oxuyub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirmişdir (1972–1978). Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışmışdır. İlk kütləvi səhiyyə qəzetini "Şəfqət" - indiki "Tibb qəzeti"ni yaratmış və 1991–1995-ci illərdə qəzetin baş redaktoru işləmişdir. Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk "Şehli kəpənəklər" adlı kitabı da böyük rəğbətlə qarşılanmışdı.  1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin "Literaturnaya qazeta" da dərc olunması həmin müvəffəqiyyətin davamı idi. "Şehli kəpənəklər" (1983), "Yağışdan sonra" (1989), "Tənha bir qüssə" (1998), "Tənha payız yarpağı" (2003), "Yarpaqlarım "ağrıyır" (2014) adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub.  1920-ci ilin aprelində işğalçı Qızıl Orduya müqavimətin təşkili və ondan sonrakı dövrlərdə gizli şəkildə baş verən hadisələrdən bəhs edən "Qaçaq Mayıl" kinopovestinin də müəllifidir.

Tofiq Nurəli

Tofiq Nurəli
Tofiq Nurəli


Tofiq Nurəli - şair.

Tofiq Nurəli (Hacıyev Tofiq Niyətulla oğlu) 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində oxuyub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirmişdir (1972–1978). Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışmışdır. İlk kütləvi səhiyyə qəzetini "Şəfqət" - indiki "Tibb qəzeti"ni yaratmış və 1991–1995-ci illərdə qəzetin baş redaktoru işləmişdir.

Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk "Şehli kəpənəklər" adlı kitabı da böyük rəğbətlə qarşılanmışdı. 

1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin "Literaturnaya qazeta" da dərc olunması həmin müvəffəqiyyətin davamı idi.

"Şehli kəpənəklər" (1983), "Yağışdan sonra" (1989), "Tənha bir qüssə" (1998), "Tənha payız yarpağı" (2003), "Yarpaqlarım "ağrıyır" (2014) adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub. 

1920-ci ilin aprelində işğalçı Qızıl Orduya müqavimətin təşkili və ondan sonrakı dövrlərdə gizli şəkildə baş verən hadisələrdən bəhs edən "Qaçaq Mayıl" kinopovestinin də müəllifidir.