Dilan Polata qarşı daha bir iddia: 7 il həbsi tələb edilir

Çirkli pulların yuyulması və vergidən yayınma daxil olmaqla 4 ayrı ittihamla saxlanılan sosial media fenomeni Dilan Polata qarşı yeni iddia qaldırılıb. BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Dilan Polat fenomen olan A.A. adlı şəxslə məhkəməlik olub. Sözügedən hadisə 24 iyul 2023-cü ildə baş verib. A.A və Dilan Polat sosial şəbəkədə mübahisə edib. Mübahisədən sonra A.A-ya mesaj göndərən Polat təhqiramiz sözlər yazıb. A.A adlı şəxs vəkili vasitəsilə Polatdan şikayət edib. İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən ifadəsi alınan Polat, "Sözügedən mesajları göndərdiyimi xatırlamıram", - deyib. Prokurorluq Dilan Polata qarşı "qadına qarşı hədə" və "təhqir" cinayətlərindən 7 ilə qədər həbs tələbi ilə iddia qaldırıb.

Dilan Polata qarşı daha bir iddia: 7 il həbsi tələb edilir

Çirkli pulların yuyulması və vergidən yayınma daxil olmaqla 4 ayrı ittihamla saxlanılan sosial media fenomeni Dilan Polata qarşı yeni iddia qaldırılıb.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Dilan Polat fenomen olan A.A. adlı şəxslə məhkəməlik olub.

Sözügedən hadisə 24 iyul 2023-cü ildə baş verib. A.A və Dilan Polat sosial şəbəkədə mübahisə edib. Mübahisədən sonra A.A-ya mesaj göndərən Polat təhqiramiz sözlər yazıb. A.A adlı şəxs vəkili vasitəsilə Polatdan şikayət edib.

İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən ifadəsi alınan Polat, "Sözügedən mesajları göndərdiyimi xatırlamıram", - deyib.

Prokurorluq Dilan Polata qarşı "qadına qarşı hədə" və "təhqir" cinayətlərindən 7 ilə qədər həbs tələbi ilə iddia qaldırıb.