Elxan Qəniyev

Elxan Qəniyev Elxan Qəniyev - Sənədli fotoqraf. Elxan Ehsan oğlu Qəniyev 1994-cü il tarixdə İsmayıllı rayonunda anadan olub. Məktəbdə oxuduğu illərdən dizayn, fotoqrafiya sahələrinə olan marağı onu bu sahədə hazırda sahib olduğu bilik və bacarıqların, eyni zamanda qazandığı uğurların əsasını qoymuşdur. 2011-ci il tarixdən fotoqrafiya üzrə peşəkar fəaliyyətə başlamış, bir sıra yerli və beynəlxalq təlim, sərgi və müsabiqələrin iştirakçısı və laureatı olmuşdur. Uzun müddət İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsmayıllını, onun qədim mədəni irsini, füsunkar təbiətini beynəlxalq arenaya tanıtmaq məqsədilə keçirilən foto, video layihələrin (Go to Ismayıllı – 6 ay) birbaşa icraçısı olub. Daha sonra Azərbaycan fotoqraflar birliyinin keçirdiyi bir sıra müsabiqələrin – “Minimalizm”, “Unutmadıq – Unutmarıq” kimi foto layihələrin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən “Fotolimp” sərgi-yarışmasında II yerə layiq görülüb. Türkiyədə Konya Büyükşehir Bələdiyyəsi, Səlcuq Universiteti, İtaliya Mədəni irsin qorunması birliyi, “ Türk Sanatları Tarihi və folklorü kongresi/Sanat Etkinlikleri Sergisi”nin iştirakçısı olub, sərgilənən fotoları ən bəyənilən eksponatlardan olmuşdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “İnsan hüquqları sahəsinə aid video hazırlıq kursu”-nu (aprel 2014) uğurla bitirmiş, “Azərbaycanda İslam dünyası və multikulturalizm dəyərləri” mövzusunda Gənc Fotoqrafların sərgisində bir neçə seçilmiş fotoşəkli sərgilənmişdir. Almaniyanın GİZ təşkilatının “Ətraf mühitin qorunması” layihəsində 20 fotoşəkli qalib gəlmiş və həmin şəkillərə görə qonorarla mükafatlandırılmışdır. Azərbaycan Hava Yollarının əməkdaşlarının iş şəraitini fotolara həkk edib, geniş ictimaiyyətə çatdırılmasında birbaşa xidməti olub. Müdafiyyə Nazirliyinin təşkil etdiyii KJM Konflikt Jurnalistika Məktəbinin şagirdi olub. ASAN Könüllülərinin və Azərbaycan Fotoraflar Birliyi nin təşkil etdiyi “Həmrəylik Düşərgəsi”nin fotoqrafı olmuş, çəkdiyi fotolar Asan xidmət mərkəzində keçirilən sərgidə nümayiş etdirilib. Formula 1, İslam Həmrəyliyi Oyunları, Olimpiya oyunları kimi beynəlxaq yarışların fotoqrafı olmuş, çəkdiyi fotolar geniş içtimaiyyətə sərgilənib . İSTECH MMC, Hajizade Group, İntro Dev, GəmiQaya Holding, Azərbaycan respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” public hüquqi şəxs Kimi şirkət və döblət qurumlarında Fotoqraf, Dizayner , ArtDrector vəzifələrində çalışmışdır. Hal hazırda Kənd Təsərrüfatı Nazirliyində işləyir. Sənədli fotoqrafiya və Portret janrında çəkilişlər edir. 

Elxan Qəniyev

Elxan Qəniyev
Elxan Qəniyev - Sənədli fotoqraf.

Elxan Ehsan oğlu Qəniyev 1994-cü il tarixdə İsmayıllı rayonunda anadan olub.

Məktəbdə oxuduğu illərdən dizayn, fotoqrafiya sahələrinə olan marağı onu bu sahədə hazırda sahib olduğu bilik və bacarıqların, eyni zamanda qazandığı uğurların əsasını qoymuşdur.

2011-ci il tarixdən fotoqrafiya üzrə peşəkar fəaliyyətə başlamış, bir sıra yerli və beynəlxalq təlim, sərgi və müsabiqələrin iştirakçısı və laureatı olmuşdur. Uzun müddət İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsmayıllını, onun qədim mədəni irsini, füsunkar təbiətini beynəlxalq arenaya tanıtmaq məqsədilə keçirilən foto, video layihələrin (Go to Ismayıllı – 6 ay) birbaşa icraçısı olub. Daha sonra Azərbaycan fotoqraflar birliyinin keçirdiyi bir sıra müsabiqələrin – “Minimalizm”, “Unutmadıq – Unutmarıq” kimi foto layihələrin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən “Fotolimp” sərgi-yarışmasında II yerə layiq görülüb. Türkiyədə Konya Büyükşehir Bələdiyyəsi, Səlcuq Universiteti, İtaliya Mədəni irsin qorunması birliyi, “ Türk Sanatları Tarihi və folklorü kongresi/Sanat Etkinlikleri Sergisi”nin iştirakçısı olub, sərgilənən fotoları ən bəyənilən eksponatlardan olmuşdur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “İnsan hüquqları sahəsinə aid video hazırlıq kursu”-nu (aprel 2014) uğurla bitirmiş, “Azərbaycanda İslam dünyası və multikulturalizm dəyərləri” mövzusunda Gənc Fotoqrafların sərgisində bir neçə seçilmiş fotoşəkli sərgilənmişdir. Almaniyanın GİZ təşkilatının “Ətraf mühitin qorunması” layihəsində 20 fotoşəkli qalib gəlmiş və həmin şəkillərə görə qonorarla mükafatlandırılmışdır. Azərbaycan Hava Yollarının əməkdaşlarının iş şəraitini fotolara həkk edib, geniş ictimaiyyətə çatdırılmasında birbaşa xidməti olub. Müdafiyyə Nazirliyinin təşkil etdiyii KJM Konflikt Jurnalistika Məktəbinin şagirdi olub. ASAN Könüllülərinin və Azərbaycan Fotoraflar Birliyi nin təşkil etdiyi “Həmrəylik Düşərgəsi”nin fotoqrafı olmuş, çəkdiyi fotolar Asan xidmət mərkəzində keçirilən sərgidə nümayiş etdirilib. Formula 1, İslam Həmrəyliyi Oyunları, Olimpiya oyunları kimi beynəlxaq yarışların fotoqrafı olmuş, çəkdiyi fotolar geniş içtimaiyyətə sərgilənib . İSTECH MMC, Hajizade Group, İntro Dev, GəmiQaya Holding, Azərbaycan respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” public hüquqi şəxs Kimi şirkət və döblət qurumlarında Fotoqraf, Dizayner , ArtDrector vəzifələrində çalışmışdır.

Hal hazırda Kənd Təsərrüfatı Nazirliyində işləyir. Sənədli fotoqrafiya və Portret janrında çəkilişlər edir.