Günahkarları cəzalandırılma səbəbləri

İlk olaraq, bir məsələyə diqqət etmək lazımdır ki, çox sayda ayə və hədislərin təsdiqlədiyi kimi mükafat və cəzalar Qiyamət günü bizim dünyadakı əməl və etiqadlarımızın qaçılmaz nəticələridir. Bu nəticələr istər-istəməz bizim yaxamızdan tutacaqdır.Bəşərin dünyadakı əməllərinin bir sıra qaçılmaz və ayrılmaz təsirləri vardır. Məsələn, narkotik maddə aludəçisi ömrünün sonunadək ağrı, çətinlik və xəstəliklə əlbəyaxa olmalıdır. Spirtli içkiyə qurşanmış insan da bir müddət şərabla gün keçirdiyinə görə ömrünün qalan hissəsini ağrılı bədənlə, xəstə ciyər və ürəklə yaşamalıdır. Eləcə də bizim yaxşı və pis əməllərimizin təsir və nəticələri axirət dünyasında özünü biruzə verəcək. Cəza və mükafatlar bizim əməllərimizin yaratdığı nəticə, rəftarlarımızdan doğan bilavasitə təsirlərdir. Bu üzdən gileylənib etiraz etməyə heç bir haqqımız yoxdur. Biz öz həyatımızı dinin düzgün və yüksək proqramları ilə tənzimləsəydik, heç bir vaxt bu xoşagəlməz və ağır aqibətə düçar olmazdıq. Hər hansı əməl və rəftarın dünyadakı nəticəsinin Allahın rəhmət və ehtiyacsızlığı ilə heç bir əlaqəsi olmadığı kimi, axirətdə də əməl nəticəsinin Allahın rəhmət və ehtiyacsızlığına aidiyyatı olmayacaqdır.İkincisi, Qiyamət gününün mükafat və cəzaları səmavi qanunların icrasını gerçəkləşdirir. Bu mükafat və cəzalar tam tərbiyə xarakterlidir. Allah-Taala öz qəti və dəyişməz vədləri ilə bəndələrini yaxşı və xeyirxah işlərə dəvət edir, onları pis işlərdən çəkindirir. Bu vədlər o zaman həvəsləndirmə və hədə-qorxu rolunu oynayır ki, birmənalı və dəyişilməz olsun. Burada pozuntu və ləğv ehtimalı olarsa, öz tərbiyəvi təsirini tamamilə itirər. Belə durumda bir insanın vəzifə, məsuliyyət və yaxşı işlərin ağırlığını öz öhdəsinə almasına, habelə üsyankar nəfsani istəklərə göz yummasına heç bir lüzum qalmır.  ‌  ‌