Yuxuda guzgu gormek nedir

Yuxuda guzgu gormek nedir

Yuxuda guzgu gormek nedir
Yuxuda guzgu gormek nedir

Adətən, güzgü qırılanda deyirlər ki, “bədbəxtlik gözlənilir, gözyaşıdır”. Hətta “Tütək səsi” filmində də belə bir kadr var.

Yəni bu uzun illər sınanmış bir inancdır. Yuxuda da güzgü qırılması yaxşı yozulmur. Güzgü insanın bəxti, taleyi hesab edilir.

Yuxuda güzgü görmək nədir?

Yuxuyozanlara görə, yuxuda güzgü görməyin bir neçə yozumu var:

Bu yuxu var-dövlət əldə edib zəngin olmağa, ailə həyatına, ailəlilər üçün də övlada işarədir.

    • Yuxuda güzgü sınması pis bir xəbərə işarədir. Özünə aid bir güzgünün sındığını görən şəxs sıxıntıya düşər. Bu yuxu, xəbərdarlıq yuxusu hesab edilir.

    • Yuxuda sınıq güzgü görmək isə, düşmən malına, ailə həyatında problemlərə işarədir. Şəxsin yuxuda sınıq güzgü görməsi eyni zamanda şanssızlığın xəbərçisidir, uğursuzluqdur.

    • Qədim dövrlərdə yuxud güzgü həyat yoldaşı hesab edilirdi. Yuxuda sınıq güzgü həyat yoldaşı ilə problem yaşayacağının işarəsi idi.

    • Yuxuda güzgü sındırmaq başqasına zərər verməyə işarədir. Yuxuda güzgü sındırıb zərər vermək, səhv bir addım atacağınızın xəbərçisidir.

    • Yuxuda çatlamış güzgü görmək darlıqdan qurtulmağa işarədir. Yuxuyozanlar, yuxuda güzgü çatlamasını pis gedən işlərin qısa bir müddətdə xeyirlə nəticələnəcəyi olaraq yozur.

    • Çatlamış güzgü insanların yuxu sahibini qısqanması barədə xəbərdarlıqdır.

    • Yuxuda güzgü qırıqları görmək bacarıqsızlıq deməkdir. Bəzi şeyləri özünüzə dərd və problem etməyin.

    • Yuxuda güzgüdə özünü gözəl görmək, sevincli görmək sıxıntıdan qurtulmağın işarəsidir. Xoşbəxtlik yaxındadır.

    • Yuxuda güzgüdə özünü çirkin görmək isə, çirkin bir kişi və ya qadına işarədir. Bu da həm də yaxınlaşan kədərə işarədir.

    • Yuxuda güzgüdə başqa üz görmək, həbsdə olan birinin həbsdən çıxacağına və ya başqalarından yardım alacağınıza işarədir.

    • Yuxuda güzgü almaq sevincdir. Yuxuda güzgü hədiyyə almaq mal-dövlət sahibi olmağın xəbərçisidir.

    • Yuxuda güzgü silmək populyar olmaq deməkdir. Bir güzgünü silib parladan adam bütün sıxıntılarından qurtulacaq.

    • Yuxuda kirli güzgü görmək yuxu sahibinin böyük bir kədərə düşəcəyinə işarədir.

    • Paslı bir güzgü şəxsin ən pis halı deməkdir.

    • Güzgünün paslı olması pis xəbərə işarədir.

    • Kirli və ləkəli güzgü qısqanc birinin daxili sıxıntılarını əks etdirir.

    • Yuxuda güzgü tutmaq ələ keçən fürsətləri dəyərləndirmək deməkdir. Sevinc, hüzur və mənfəətə işarədir. Bu, həm də insanlara fayda vermənin əlamətidir.

    • Subay adam əlində güzgü tutubsa evlənəcək.

    • Yuxuda güzgü daşımaq, getdiyiniz səyahətdən əli dolu gələcəyinizə işarədir.

    • Ümumiyyətlə təmiz güzgü sağlamlığa və xoşbəxtliyə, kirli və paslı güzgü də bədbəxtliyə işarədir.